"Mühafizəyə tapşırdı ki, gəlin bu qadını atın çölə" - GİLEY




 "Mühafizəyə tapşırdı ki, gəlin bu qadını atın çölə" - GİLEY
"İki il bundan öncə plastik cərrah Siruz Qoçxani məni əməliyyat etdi. Əməliyyat olunmağıma səbəb isə illər öncə qeysəriyyə yolu ilə ana olanda qarnımda yaranan xoşagəlməz xətt idi. Siruz Qoçxanidən əvvəl məni bir başqa estetik cərrah əməliyyat etmişdi, amma xətt itməmişdi, fəsadı qalmışdı. İstəyirdim ki, bu xətdən xilas olum. Siruz Qoçxaninin yanına getdim, o məni daha da betər günə saldı, ölümlə üz-üzə qaldım Əməliyyatım çox uğursuz keçdi. Qarnımın bir hissəsi sanki yanıb, büzüşüb, çox pis gündədir".

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Elvira Cəfərova deyib. Zərərçəkən daha sonra əlavə edib:

"Əməliyyat olunanda məndən 4 min manat pul aldılar, 500 manat analizlər üçün, 3500 həkimə, 1000 manat isə dava-dərmana getdi. 5 ayda hər gün isə 15 manat taksiyə ödəyib, onun yanına gedib- gəlmişəm. Əməliyyat etdiyi həmin yerdən qrija verib, göbəyin içindən bağırsaq çıxıb, mənə dəhşətli ağrılar verir. Əməliyyat olub ortalıqda qalmışam. Uzun müddətdir ağrılarıma görə işləyə bilmirəm. Çox çıxılmaz vəziyyət yaranıb, körpə uşaqla, xəstə anamla tək qalmışam, oğlum da hərbi xidmətdədir. Ağrılarıma görə neçə dəfə özümü balkondan atıb, intihar etmək istəmişəm. Bu gün həkimin yanına getdim ki, mənim pulumu qaytarsın, gedib yenidən əməliyyat olunum. Mənə deyir ki, get hara istəyirsən şikayət et, hər yerdə adamım var. Mühafizəyə tapşırdı ki, gəlin bu qadını atın çölə. Mənə ağzına gələni söyləyir, hətta polisə şikayət edərək yalandan deyib ki, qadın məni təhqir edib. Deyirəm ki, səni təhqir etmişəmsə aç kameraları göstər. Bilmirəm bu həkimin arxasında kim dayanır? Bu onun ilk uğursuz əməliyyatı deyil! Məndən əvvəl çox xəstələri bədbəxt, şikəst edib. Hətta onun əli altında iki xanım da dünyasını dəyişib. Məni əməliyyat edəndən sonra bir xanımı da əməliyyat etdi, az keçmədi ki, xanım elə əməliyyat masasında qanaxmadan dünyasını dəyişdi. Mən bu ölümün özüm şahidi oldum. Özü də, həyat yoldaşı da avtomobilinə minib qaçdı".

Qeyd edək ki, Siruz Qoçxani Elvira Cəfərovanı Baku Medical Plazanın Babək filialında əməliyyat edib.
Tarix: 31-05-2021, 10:02
Xəbəri paylaş



Xəbər lenti