Əli İnsanovun SARA-sı, Oqtay Şirəliyevin NİGAR-ı
“Siçan-pişik idarəsi” nə ilə məşğuldur ?
Sellər Sara xanımı aparmır ...Sovet dövründə camaatın loru dildə “Siçan-pişik idarəsi” dediyi bir qurum var idi. Rəsmi adı Gigiyena və Epidemiologiya idarəsi idi.
Bu idarə hətta ən ucqar kəndlərə gələr, zibillikləri, tövlələri və s yerləri dərmanlayar və zərərsiz edərdi. Yəni siçan, siçovul və digər zərərli həşəratları məhv edərdi.
Bir daha deyirik ki, hətta ən ucqar kəndlərə gələrdilər. Amma bu gün...
Bəli, paytaxt Bakının Binəqədi rayonunun sakini gundelik-baku.com-a bildirib ki, evlərdə, binalarda, zirzəmilərdə siçan-siçovul əlindən tərpənmək olmur.
Bəs görəsən bu məsələlərə məsul olan şəxslər hara baxır ?
Öncə ondan başlayaq ki, sabiq səhiyyə naziri Əli İnsanovun sevimli kadrı Sara Həsənova var idi. Bu xanım hansı vəzifələrdə işləməyib ?
Əvvəlcə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışan bu qadın rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları vahiməli bir şəxslə hədələyərdi. Sara Həsənova bu vəzifədə işləyərkən milyonlara sahib oldu. Əli İnsanovun həbsindən sonra hamı düşünürdü ki, Saranı sellər aparacaq. Amma..
Səbaildən sonra Sara xanımın vəzifəsi daha da böyüdü və oldu Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi.
Təsəvvür edirsiniz, ölkənin Baş sanitarı...
Və Əli İnsanovun sevimlisi Sara xanım dönüb oldu yeni səhiyyə naziri Oqtay Şirəliyevin “xatunça”sı.
Yəni dövr dəyişir, zaman dəyişir, nazirlər dəyişir, amma Saralar dəyişmir.
Baş Sanitar və Baş Müfəttiş olan Sara xanım respublikaya idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları kimi böyük bir sahəyə nəzarət edərək az vaxtda milyonçuya çevrildi.
Onun övladı Avropanın ən bahalı universitetində təhsil alır, Avropada neçə villası, mükləri və ən bahalı avtomobillər.
Bəli, vəzifə pilləsində irəliləyən Sara Həsənova bu gün Səhiyyə nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktorudur. Və Sara xanım içkidən sellərə qərq olur.
Amma nə olsun ?
Sara xanım indi də səhiyyə nazirinin müavini Nigar Əliyevanın yerinə göz dikib, nazir müavini olmaq istəyir.
Nigar Əliyeva da sabiq nazir Oqtay Şirəliyevin sevimli kadrıdır.
İndi ən aktual bir sual var. Siçan-pişik idarəsi düzələcəkmi ?
Yeni səhiyyə naziri Teymur Musayev Əli İnsanovun Sarası və Oqtay Şirəliyevin Nigarı ilə vidalaşacaqmı ?gundelik baki/
Tarix: 21-05-2021, 22:41