“Müğənnilərin, şou-biznes əhlinin, sənət adamlarının geyiminin açıq olduğuna irad bildirmək qədər mənasız iş yoxdur. Ümumiyyətlə, insanların geyim tərzi onların şəxsi işidir”. Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli deyib.
N.Cəfərli bildirib ki, şou-biznes əhli geyimləri ilə fərqlənməsi normaldır: “Sadəcə, bizim "Eurovision" iştirakçımızı bu yarışa hazırlayan "image maker"lər də bilməlidir ki, Avropalı olmaq tək geyimlə ölçülmür, "baxın, biz Avropalıylq", mesajı tək geyimlə verilmir...”
Tarix: 19-05-2021, 16:05