Yol polisinin rüşvət aldığı iddia edilən daha bir video yayılıb.
Pravda.az-ın xəbərinə görə, videonun Abşeron rayon Qobu qəsəbəsində çəkildiyi deyilir.
Polis maşını saxlayır, sürücü ilə "görüşüb", onu yola salır. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin rəisi Ehsan Zahidov məsələni araşdıracaqlarını bildirib.