KONKRET.az xəbər verir ki, bu fikirləri ölkədə böyük bir dələduzluq seti yaradan şəxslər barədə məlumat verən vətəndaş Gülşən Əziz qızı Salmanova bildirib. Redaksiyamıza bu fırıldaqçı şəbəkənin əsas üzvləri haqqında danışan G.Salmanova təxminən 60 min manata yaxın pulunun mənimsənilməsində Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun, kürəkəni Bayram Mətləb oğlu Aslanovun və oğlu İgidalı Hüseynovun (Baba ləqəbli) adlarını çəkib. G.Salmanova məsələ ilə bağlı bunları bildirib

Bayram Aslanovun bir neçə dəfə həbsdə olduğunu deyən G.Salmanova onu da bildirir ki, son dəfə o, 2019-cu ildə soyğunçuluq üstündə cinayət məsuliyyətinə cəlb olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilsə də, qayınatası Məmməd Hüseynovun köməkliyi ilə 1 il 8 aydan sonra şərti azadlığa buraxılıb. M.Hüseynovun kürəkəni B.Aslanovu hərtərəfli himayə etməsinin səbəbini isə şikayətçi belə izah edir:
“Bayram qayınatası Məmmədin bütün saxta işlərini gördüyü üçün o da onun əməllərini ört-basdır edir. Elə mənim Xırdalanda yeni inşa edilən çoxmərtəbəli binadakı 72 kv.m-lik ikiotaqlı mənzilimin satılaraq pulunun mənimsənilməsində də qayınata-kürəkən əlbir olublar. Belə ki, Bayramla bir yerdə yaşadığımız müddətdə mənə dedi ki, qayınatası Məmmədin zavodu var və dəmir alqı-satqısı işləri ilə məşğul olurlar. Mənə təklif etdi ki, evimi satıb həmin işə qoyaq. Mən öncə buna razı olmasam da, Bayram dilə tutdu ki, işi düzüb-qoşan kimi mənə yol qırağında gözəllik salonu açmaq üçün əlverişli bir yerdə mənzil alacaq. Mən Bayramın təklifinə razı oldum və evim tez bir zamanda satıldı. Bu işə həm də ona görə razılıq verdim ki, Bayramın qayınatası Məmməd dövlət işində çalışır və güman etmirdim ki, bir məmur kimi o, fırıldaq işlərlə məşğul ola bilər. Amma mən yanıldım…”.

Evi olmadığı üçün hazırda övladı ilə pis bir şəraitdə yaşayan Gülşən Salmanova onu da əlavə edir ki, uzun illərdir təkidlə pulunu tələb etməsinə görə Bayram tərəfindən təhdid edilir, övladı ilə qorxudulur.
G.Salmanova məsələ ilə bağlı “Azəriqaz”ın direktor müavini Cahid Hüseynova da müraciət etdiyini, lakin ondan heç bir dəstək ala bilmədiyini də deyir. Qeyd edək ki, Cahid Hüseynov problemdə adı hallanan Məmməd Hüseynovun bacısı oğlu və kürəkənidir.

KONKRET.az
P.S. Məsələ ilə bağlı Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd Hüseynovun mövqeyini öyrənmək üçün etdiyimiz zənglər cavabsız qaldı…


















