“Azəriqaz”ın baş mütəxəssisi işləmiş Füzuli Suriyada İŞİD-ə qoşuldu — ŞOK FAKTLAR
Azərbaycan vətəndaşı, 1962-ci il təvəllüdlü Füzuli Kərimov Suriya Ərəb Respublikasına gedib və orada qanunsuz silahlı birləşməyə qoşulub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Füzuli qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak edib. O həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.
Füzuli qəsdən Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2012-ci ildə Türkiyə Respublikasına gedib. Oradan Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçərək Suriyanın Hələb şəhərinə çatıb.
O, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün və həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhəd əl Nüsra” adlı cinayətkar birliyinin tərkibinə daxil olan “Əbu Cabir” adlı şəxsin başçılıq etdiyi “Əhrarü-Şam” adlı qanunsuz silahlı sabit qrupa qoşulub. 2020-ci ilin sentyabrınadək həmin qruplaşmanın üzvü olub.
Həmin müddət ərzində qoşulduğu qanunsuz silahlı birləşmənin tərkibində qalaraq hərbi təlimlərdə iştirak edib, “Kalaşnikov” markalı silahdan istifadə etməklə “ribat”-a (ərazinin mühafizəsini təşkil etmə) çıxıb. O cümlədən mühafizə postlarının ərzaq təminatını həyata keçirib.
İstintaq otqanı tərəfindən Füzulinin barəsində Cinayət Məcəlləsinin 12.1,218.2-ci (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.
“Məqsədim müsəlmanlara yardım etmək olub”
Füzulinin barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Füzuli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2012-ci ildə Suriyaya gedib: “Orada döyüşlərdə iştirak etməsəm də, mənə kalaşnikov avtomat silahı verilib, ərazinin mühafizəsinə çıxmışam. Döyüşçülərə və mülki şəxslərə ərzaq paylamışam, yemək hazırlamışam. Başqa qanunsuz fəaliyyətlə məşğul olmamışam. Suriyaya getməkdə məqsədim müsəlmanlara yardım etmək olub”.
“Musiqi ilə məşğul olmağı islam dinində şeytan əməli saymışam”
Füzuli ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 1962-ci ildə Qax rayonunda doğulub: “Orta təhsilimi 1968-1978-ci ildə Qax şəhər 1 saylı orta məktəbdə, ali təhsilimi isə 1979-1984-ci illərdə Bakı şəhərində yerləşən “Politexnik” İnstitutunda almışam. Təhsilimi başa vurduqdan sonra 1989-cu ilədək Bakı Məişət Kondisonerləri zavodunda mühəndis vəzifəsində işləmişəm. 1989-1992-ci illərdə isə Politexnik Universitetində aspirantura pilləsində təhsil almışam. 1992-2000-ci illərdə “Azəriqaz” şirkətində baş mütəxəssis vəzifəsində işləmişəm. 2000-ci ildə yenidən Qax şəhərinə qayıtmışam. Qaxda qardaşım Şahid, bacım Nabat və anam Nənə ilə birlikdə yaşamağa başlamışam. Bacım Qax rayonunda musiqi müəllimi işləyib. Musiqi ilə məşğul olmağı islam dinində şeytan əməli saydığımdan bacımdan musiqi müəllimi işləməkdən imtina etməsini tələb etmişəm. Bacım musiqi müəllimi işləməyə davam etdiyindən və bununla da islam dininin qaydalarına əməl etmədiyini düşündüyüm üçün onunla əlaqəmi kəsdim”.
“Əfqanıstanda bədəninin aşağı hissəsi iflic olmuşdu”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Qax şəhərində 2012-ci il tarixədək qardaşı Şahidlə atasının evində yaşayıb: “Həmin vaxt Türkiyədən dəri məhsulları gətirib, Qax rayonunda satmışam. Heç vaxt ailə həyatı qurmamışam. Təxminən 1991-1992-ci ildən Bakı şəhərində yaşadığım vaxtdan islam dininə ibadət etməyə başlamışam. Həmin vaxt “Qurani-Kərim”-in Azərbaycan dilinə tərcümə olunmuş mətnini oxuduqdan sonra dinə marağım yarandı. Təxminən 2007-ci ildə Qax rayon sakini, özümdən 20-25 yaş balaca, dindar Arif adlı şəxsi tanıdım. Arif də mənim kimi islam dininə ibadət etdiyindən onunla tanışlığım yarandı. Onunla daimi olaraq din uğrunda cihad etmək mövzulu dini söhbətlər etdik. Arif 2009-cu ildə “cihad” üçün Əfqanıstana getdi. Əfqanıstana gedəcəyini qabaqcadan mənə demədi və getməyindən sonradan xəbərim oldu. Mənə getməyi təklif etmədi. Əfqanıstanda 1 ildən az müddətdə qaldı. Əfqanıstanda qayıtdıqda artıq bədəninin aşağı hissəsi iflic olmuşdu. İflic olma səbəbi kimi isə Əfqanıstanda gedən döyüşlər zamanı xəsarət almasını göstərdi. Arifdən “cihad”-da iştirak etməyimə kömək etməsini xahiş etdim”.
“Cihad üçün Suriyaya getməyi qəbul etdim”
Füzulinin bildirdiyinə görə, 2012-ci ilin iyulunda Arif ilə onun yaşadığı evdə görüşüb: “Həmin vaxt evdə bizdən başqa Arifin ailə üzvləri olub. Arif mənə Suriya Ərəb Respublikasında din uğrunda döyüşlərin aparıldığını, cihad üçün Suriyaya gedə biləyəcəyimi, Suriyada hakimiyyətdə olan Bəşər Əsədin milyonlarla insanı öldürürdüyünü bildirdi. Dindar olduğumdan, zalımın zülmünü bitirmək üçün Suriyada döyüşlərdə iştirak etmək istədiyimdən onun təklifi ilə razılaşdım. Cihad üçün Suriyaya getməyi qəbul etdim. Bu zaman Arif mənimlə birlikdə iki nəfərin də “cihad” üçün Suriya Ərəb Respublikasına döyüşməyə gedəcəyini qeyd etdi. Həmin şəxslərin kimlər olması barədə Arif heç nə demədim. Onların da Qax bölgəsinin sakinləri olmasını ehtimal etdim. Arif isə 1-2 gün içərisində hər iki şəxsin onun yaşadığı evə gələcəyini, hər iki şəxslə Arifin evində görüşərək birlikdə Suriyaya gedəcəyimizi bildirdi”.
“Məni “Məhəmmədəmin” olaraq tanıyıb”
Füzuli bildirib ki, bir gün sonra Suriyada döyüşlərdə iştirak etmək istəyən, ilk dəfə gördüyü iki nəfər kişi ilə Arifin evində görüşüb: “Onlardan birinin adı Ömər olub, digərinin adını isə xatırlamamışam. Hər ikisi görünüşcə orta boylu, təxminən 20-25 yaşlı olub. Həmin vaxt özümə “Məhəmmədəmin” (Allahın adlarından biri olduğuna görə) dini ləqəbini götürdüm. Bundan sonra hər kəsə özümü bu ləqəblə təqdim etməyə başladım. Ömər və digər şəxs məni “Məhəmmədəmin” olaraq tanıyıb. Dünya qanunlarının müvəqqəti olduğunu, din qanunlarından başqa heç bir qanunu tanımadığımı qeyd etmişəm. Biz görüşərək axşam Bakı şəhərinə, Bakı şəhərindən isə hava yolu ilə Naxçıvan şəhərinə, Naxçıvan şəhərindən isə Türkiyə Respublikasının İğdır şəhərinə getdik. Türkiyənin İğdır şəhərinə çatdığımız zaman Ömər və digər şəxs onlarda olan nömrəyə taksofon vasitəsilə zəng edərək əlaqə saxladı. Onların nömrəni kimdən əldə etdiklərini bilməmişəm. Əlaqə saxladıqları şəxs Reyhanlı şəhərinə getməyimizi tapşırdı. Reyhanlıya avtobusla getdik. Ora çatdığımız zaman Ömər və digər şəxs yenidən taksofonla naməlum şəxslə əlaqə saxladı. Həmin şəxsə Suriyaya keçmək istədiyimizi bildirdi. Qısa müddət sonra onları bir Türkiyə vətəndaşı gələrək bizi Türkiyə-Suriya sərhədinə apardı”.
“Hələb şəhərinə 2 ərəb ilə getdim”
Füzuli qeyd edib ki, sərhəddən qanunsuz yolla keçdikdən sonra onları Suriyada bir neçə ərəb qarşılayıb: “Həmin vaxt ərəblərin hansı silahlı qruplaşma olduqlarını bilməmişəm. Sonradan Suriya ərazisində olan “Cəbhəd ən Nüsra” adlı cinayətkar birliyin tərkibindəki “ƏhrarüŞam” qanunsuz silahlı birləşməsinin üzvləri olduqlarını bildim. Bizi sərhədə yaxın ərazidə yerləşən, adını xatırlamadığım kəndə apardılar. Hələbdə olan döyüşlərdə iştirak etmək üçün həmin şəhərə getməyi təklif etdilər. Döyüşlərdə iştirak etmək istədiyimi bildirdiyim zaman isə mənə qısa müddətdə Hələb şəhərinə göndərəcəklərini dedilər. Həmin kənddə 5 gün qaldıqdan sonra Ömər və digər şəxsdən ayrıldım, Hələb şəhərinə gəldim. Bundan sonra isə Ömər və adını xatırlamadığım digər şəxsin başqa qanunsuz silahlı birləşməyə qoşulduğunu bildim. Lakin onlardan xəbərim olmadı. Hələb şəhərinə adlarını bilmədiyim 2 ərəb ilə getdim. Hələb şəhərinə çatdığı zaman məni 5-6 Suriyalının yaşadığı mənzilə apardılar”.
“Təklifini qəbul etdim”
Füzili daha sonra ifadəsində həmin vaxt Hələb şəhərində ağır döyüşlər getdiyini, Hələb şəhərində müxtəlif qanunsuz silahlı qruplaşmalar döyüşdüyünü, özünün isə “Əhrarü-Şam” adlı silahlı qruplaşmasına qoşulduğunu, həmin qanunsuz silahlı qruplaşmanın rəhbəri milliyətcə ərəb olan “Əbu Cabir” adlı şəxsin olduğunu və Hələbdə qaldığım zaman yeni və yaşının çox olması ilə əlaqədar döyüşlərdə iştirak etməyə icazə vermədiklərini bildirib: “Həmin vaxt mənə hərbi və “Kalaşnikov” markalı silahdan istifadə qaydaları ilə bağlı təlimlər keçilib. İlk əvvəllər müxtəlif vaxtlarda döyüşlərdə iştirak edən ərəb döyüşçülərin ərzaq təminatın həyata keçirmişəm. Sonradan qoşulan Əhməd adlı suriyalı mənə “Əhrarü-Şam” silahlı qruplaşmasının Hələb şəhərindəki evinin arxasında ərzaq yerinin mövcud olduğunu bildirdi, anbardan döyüşlərdə iştirak edən şəxslərə və “ribat” (ərazinin mühafizəsini təşkil etmə) nöqtələrinə yemək daşımağı təklif etdi. Onun təklifini qəbul etdim.
Qeyd olunan ərzaq yerinə yollandım. 40-60 metr qarşıda yerləşən iyirmiyə yaxın ribat nöqtəsinə yemək paylamağa başladım. 2016-ci ilədək həmin ərazidə yaşadım. Ribat nöqtələrinə yemək payladım, bəzi hallarda isə ribata çıxdım. Orada olduğum zaman digər Azərbaycan Respublikası vətəndaşlarını görməmişəm”.
“Qruplaşmanın üzvləri uyğurlar və suriyalılar olub”
Füzulinin ifadəsinə görə, 2016-ci ildə Hələb şəhəri Bəşər Əsəd ordusu (Suriya Ərəb Respublikasının dövlət ordusu) tərəfindən mühasirəyə alınıb: “Hələbin mühasirəsi daraldığından, mühasirədən çıxmaq üçün məcbur olaraq yanımda olan özbək milliyyətindən olan şəxs ilə birlikdə Suriyanın İdlib şəhərinə getdim. İdlib şəhərində özbək tanıdığı evə getməyi və onunla birlikdə qalmağı təklif etdiyi zaman onun təklifini qəbul etdim. Həmin mənzildə təxminən 20-30 nəfərlik özbəklərdən ibarət silahlı qrupunun üzvləri yaşayıb. Orada qaldığım müddətdə ribata çıxdım və ribat nöqtələrinə yemək payladım. Mənə “Kalaşnikov” markalı silah verilmişdi. İdlib şəhərində təxminən 4-5 ay qaldıqdan sonra şəraitin çox pis olması ilə əlaqədar oradan ayrıldım və özbəklərin təklifi ilə Suriyanın “Cisirşuqur” adlı qəsəbəsinə yaxın olan və oradakı silahlı qruplaşma nəzarət etdiyi “Əkrad” (həmçinin “CəbəlƏkrad” deyilir) adlı dağına, orada yerləşən ribat nöqtələrinə getdim. Həmin qruplaşmanın üzvləri uyğurlar və suriyalılar olub. Onlara qoşulmaqla ribata çıxmağa başladım. İdlibdən “Əkrad” dağına gəldiyim zaman silahım olmadığından, burada da mənə yenidən “Kalaşnikov” markalı silah verildi. Ribatla yanaşı yemək təminatının həyata keçirilməsinə kömək etmişəm”.
“Məni Türkiyə sərhədinə gətirdilər”
Füzuli qeyd edib ki, 2020-ci ilin martında Türkiyə ordusu İdlib şəhərinə gəlməsi ilə atəşkəs elan olunduğu üçün bundan bir neçə ay sonra Türkiyəyə qayıtmaq istəyib: “Əkrad dağında olan “Fıkra Sahiliyyə” adlı digər silahlı qrupun üzvü olan ərəb mənə Türkiyəyə qayıtmağıma kömək edəcəyini, tanıdığı bir nəfər türkmənlə görüşməyi təklif etdi. Lakin həmin türkmənin kim olması barədə heç nə demədi. Məni motosiklet ilə türkmən ilə görüşə apardı. Türkmən dağının yaxınlığındakı yolda məni düşürərək, türkməni tapıb, qayıdacağını qeyd etdi. Qısa müddət sonra qayıtdıqda isə birazdan həmin türkmənin gələcəyini, özünün isə mağazadan bir-iki əşya alaraq qayıdacağını bildirdi, sonra getdi. 3-4 saat yol kənarında gözləsəm də, heç kim gəlmədi. Məcbur olaraq Əkrad dağına qayıtmaq üçün əsas yolun kənarına çıxdım. Avtomobil tapmaq üçün yola çatdığım zaman içərisində 5 nəfər olan bir avtomobil saxlatdım. Məni “Cisirşuqur” qəsəbəsinə aparmalarını xahiş etdim. Razılaşdıqdan sonra avtomobilə minərək yola qoyuldum. Biraz getdikdən sonra yolda avtomobilin sürücüsü maşını saxladı. Avtomobildən düşərək gözlərimi köynəyilə bağladı, yaxınlıqda yerləşən mənzilə apardı. Orada 2 saat qaldıqdan sonra başqa şəxslər gəldi. Mənim gözüm bağlı qaydada bütün gecə yol gedərək, Türkiyə sərhədinə yaxın olan əraziyə gətirdilər”.
Füzulinin sözlərinə görə, orada iki gün qaldıqdan sonra ilk dəfə gördüyü bir neçə şəxs onu Türkiyə sərhədinə gətirib: “Sərhəddə olan beton hasara nərdivan qoyaraq məni Türkiyə tərəfə atdılar. Türk əsgərləri məni saxladıqdan sonra Azərbaycan vətəndaşı olduğumu bildirdim. Sonra məni Azərbaycan Respublikasına hava yolu vasitəsilə göndərdilər”.
Füzuli 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Tarix: 3-05-2021, 10:58
-
Bu gün, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Bu gün, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO