“Hüseynbala Mirələmovun şərəf və ləyaqətini alçaltmaq olmaz” – Elman Nəsirov



“Təndiq edərkən obyektiv olmaq lazımdır. Araşdırın, görün Hüseynbala Mirələmov nə qədər kitabların, elmi əsərlərin müəllifidir, tamaşaları teatrlarda səhnəyə qoyulub... Ziyalıdır. Təəssüf edirəm ki, bəziləri insanların başına bir iş gələndə sevinirlər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
“Aqressivlik göstərirlər. Hüseynbala Mirələmovla bağlı hadisə oldu, ən böyük cəzanı çəkdi. Psixoloji, yaxın ətrafın münasibəti baxımından... Hesab edirəm ki, Mirələmovun şərəf və ləyaqətini alçaltmaq olmaz” – E.Nəsirov qeyd edib.
Tarix: 2-05-2021, 12:26
Xəbəri paylaş



Xəbər lenti