Pirallahıda baş verən intiharın əsl səbəbi Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 24, mənzil 6 ünvanında yaşayan Fedçenko Elen aylardır oğlunun ölümü ilə bağlı mübarizə aparır. Ana hadisənin detallalını və sonra baş verənləri belə təsvir edir: “Biz anam Yuzko Ravza və oğlum Qocayev Renatla birgə yaşayırıq. 2020-ci ilin dekabr ayının 12-də Renatın nənəsi ilə mübahisəsi düşüb. Anam polisə şikayət edib. Polis gəlib hər ikisini Pirallahı Polis Şöbəsinə aparıb. Bir saatdan sonra anam Yuzko Ravza sərbəst buraxılıb. Mən evə gələndə anam mənə oğlum Renatın Polis Şöbəsində döyüldüyünü bildirdi, şikayət etdiyi üçün peşman olduğunu dedi. Mən dərhal DİN-in 102 qaynar xəttinə zəng vurub, oğlumun Polis Şöbəsində işgəncəyə məruz qalamsı, anamın şikayətçi olmaması barədə xəbər verdim. Bir ana kimi narahat olduğumdan 102-yə daha bir neçə dəfə zəng etdim. Nahayət, axşam saatlarında Renat evə gəldi, onun bədənində salamat yer yox idi. İşgəncə izlərini öz telefonuma qeyd etdim. Səhərisi, dekabrın 13-də ağrıları şiddətləndiyi üçün təcili tibbi yardım da çağırdım. Ombudsaman Aparatına zəng edərək oğlumun Polis Şöbəsində döyülməsi barədə onları da məlumatlandırdım”.
Fedçenko Elen bildirir ki, 24-12.2020-ci il tarixdə Pirallahı Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəhimov Namiq evə zəng etdi. Bildirdi ki, anam Yuzko Razva şikayətçi deyil ərizəsini geri götürür. Bizi həmin gün saat 15 üçün Polis Şöbəsinə çağırdı. Biz üçümüz birlikdə Polis Şöbəsində olduq, əvvəlcə anam, sonra Renat təhqiqatçının otağında oldu. Hər ikisi sənədlərə qol şəkib çıxdı. Renat evə gələn kimi internetə baxdı və halı tamam gorlandı, mənə dedi ki, ana mənə imza etdirdikləri çox ağır maddələr imiş, mən orada 120 və 234- cü maddələri gördüm, baxıram ki, bu adam öldürmə və narkotiklə bağlıdır, məni şərləyirlər. Mən buna dözə bilmərəm. Halı çox pis idi, təcili tibbi yardım çağırdıq, yardım edib getdilər. Bütün gecəni tez-tez yoxlayırdım. Səhər tezdən duranda tualetdə Renatı asılı vəziyyətdə gördük. Artıq oğlum həyata vida etmişdi”.
Pirallahı Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılır. İş müstəntiq Elçin Əliyevə tapşırılır. Fedçenko Elen bildirir ki, ilk gündən müstəntiqin hərəkətlərindən narazı olub. “Heç bir kamera görüntüləri işə əlavə olunmayıb. Yalnız təhqiqatçının özünün telefonla Renatın qolları bağlı vəziyyətdə başını stola vurduğu 3 dəqiqəlik kadr var. Bunu da ona görə ediblər ki, guya Renat ruhi xəstədir, özü özünə xəsarət yetirib. Halbuki, onun heç bir ruhi xəstəliyi olmayıb, hərbi xidmət də keçib. Məgər ruhi xəstəni hərbi xidmətə aparırlar?”,- deyə Fedçonko bildirib. 31.03.2021-ci il tarixdə Pirallahı Rayon Prokurorluğunun müstəntiqi Elçin Əliyev cinayət işinin başlanılmasınnın rədd edilməsi , işə xitam verilməsi barədə qərar verir. Narazı qalan ana məhkəməyə müraciət edir. Nahayət, 30.04.2021-ci il tarixdə məhkəmə Fedçenko Eleni nisbətən qane edəcək qətnamə çıxarır. Hakim Əkrəm Qəhrəmanov qərarı ləğv edib, işi ibtidai istintaqa qaytarıb. Fedçenko Elen oğlunun ölümünün əsl səbəbinin araşdırılmasını tələb edir, o, işə Prallahı Rayon Prokurorluğunda baxılmasına da etiraz edir. Baş Prokuror Kamran Əliyevə, Prezident İlham Əliyevə müraciət edərək işin hərtərəfli araşdırılıb, günahkar vəzifəli şəxslərin cəzalandırılmasını xahiş edib. Məsələni diqqətdə saxlayacağıq. azadliq.info