“Gəncə işi” üzrə fiqurantın anası ölkə prezidentinə müraciət edib



“Gəncə işi” üzrə fiqurant Firudin Zeynalov əsassız cinayət təqibinə etiraz olaraq aprelin 13-dən aclıq edir.
Anası Kifayət Abbasova prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun vəziyyətinə görə narahatlığını ifadə edib, ölkə rəhbərlərini məhkəmə tərəfindən ədalətli qərarın qəbul edilməsinə yardımçı olmağa çağırıb.
Abbasova qeyd edib ki, onun oğlunun 2018-ci ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sui-qəsdinə bağlılığı yoxdur.
Bundan öncə Zeynalov özü bildirib ki, onu “Gəncə işi” üzrə ona görə cəlb ediblər ki, 14 İyun 2018-ci il tarixində o, həbsxanadan xalqa müraciət edərək “tezliklə diktator rejimi üzərində qələbə çalmağı arzulayıb”.
*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və  cangüdənini yaralayıb.
Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.
Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər. 10-a yaxın adam şərti olaraq azad edilib. Yunis Səfərov və  digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.
Contact.az
Tarix: 28-04-2021, 12:30
Xəbəri paylaş



Xəbər lenti