GDU-nun DTX əməliyyatına ciddi ehtiyacı var - İTTİHAM
Çox hörmətli cənab Prezident, Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Universitetdə özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır”. RegionXəbərləri.com bildirir ki, bu sözlər Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından dövlət başçısına edilən müraciətdə yer alıb.
Bir nüsxəsi də RegionXəbərləri.com-a göndərilən müraciətdə daha sonra deyilir: “1. Keçmiş təhsil naziri cənab Ceyhun Bayramovun tapşırığı ilə hazırki təhsil naziri cənab Emin Əmrullayevin “yola verdiyi” rektorun büdcə vəsaitlərini təhsilin keyfiyyətinin artırılması əvəzinə istədiyi kimi sağa-sola səpməsi yolverilməzdir. Bu fakt artıq heç kim üçün sirr olmasa da nədənsə araşdırma aparmaq istəyən heç bir aidiyyatı qurum yoxdur. Ona görə də universitet “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə idarə olunur.
2. Universitetdə bir neçə il əvvəl yaradılmış və tərkibində çoxsaylı şöbələr təsis edilmiş “İnnovasiyalar departamenti” özünə aid olmayan işlərlə məşğuldur. Soruşan gərəkdir ki, bu departament deyilən qurumda işləyən, əksəriyyətinin magistr təhsili belə olmayan, buna baxmayaraq universitetdə ən yüksək maaşla təmin olunan, hətta dekan, kafedra müdiri, professor, dosentlərdən belə dəfələrlə yüksək maaş alan, hər ay mükafatlandırılan insanlar nə iş görurlər? Görəsən, bu innovasiyalar deportamenti hansı innovasiyanı tətbiq edib, hansı elmi inqilaba imza atıb, universitetə hansı mütərəqqi texnologiyanı gətirib? Bunların ən böyük xidməti universitetdə keçirilən test imtahanlarını rəhbərliyin arzu etdiyi formada yönəldərək saxtalaşdırmaq, bir sözlə, gəlir mənbəyinə çevirməkdən ibarətdir. Məhz bu səbəbdən də, hər imtahan sessiyasından sonra tələbə və valideynlərin çoxsaylı şikayətlərinin, təqaüd davalarının ardı-arası kəsilmir. Kim hay-küy salırsa, dərhal tədris işləriüzrə prorektorun yanına çağırıb deyirlər ki, sənə təqaüd verəcəyik, ancaq sakit ol, heç kim bilməsin. Bundan sonra nəticə bir də saxtalaşdırılır. Bu minvalla imtahan prosesi çevrilir “sportloto” oyununa. Cek-potu isə prorektorla innovasiya deportamenti qazanır. Buradan belə bir sual çıxır ki, əcəba innovasiya deyilən şey bu imiş..?
Maraqlıdır ki, bu “İnnovasiyalar departamenti”nə Soros fondunun tör-töküntüləri olan, nənələri erməni olan Vasif və Asif Həsənov qardaşları rəhbərlik edir.
3. İstər dövlət, istərsə də özəl ali məktəblərdə Boloniya təhsil sistemində tələbələrin qiymətləndirilməsi üçün keçiriləcək imtahanların forması yazılı olaraq müəyyən edilmişdir. Amma GDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov heç bir təlimata əməl etmir. Belə ki, bunlar məqsədli olaraq təlimatı pozurlar. Əgər yoxlama aparılsa, açıq-aydın görünür ki, 8 semestr oxuyan tələbə hər semestrdə bir imtahan forması ilə qarşılaşır. İmtahanların forması Fəxrəddin Məmmədovun istəyindən asılı olaraq tez-tez dəyişir.
4. 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının yekunları ilə bağlı olaraq tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov tərəfindən rektor Yusif Yusibova imtahan sessiyasının və qabiliyyət imtahanlarının təşkilində fəal iştirak etdiklərinə görə universitetin bir qrup əməkdaşlarının mükafatlandırılması ilə baglı təqdimat verilmişdir. Harda görünüb ki, təqdimat verən şəxs özünə 700 manat mükafat yazır??? Bu təqdimat əsasında erməni əsilli Vasif və Asif Həsənov qardaşlarına, qondarma olaraq məqsədli şəkildə yaradılmış “İnformasiya resurslarının formalaşması” şöbəsinin müdiri Aynur Qasımovaya, “İnnovasiya texnologiyalarının transferi və marketinqi” şöbəsinin müdiri Razim Əliyevə və s. hərəsinə 500 manat olmaqla mükafat yazılmışdır. Tədris müəssisəsində tədrisdən başqa hər şeyə xidmət etmək üçün yaradılan şöbələrin adları isə başqa bir mövzudur…
Test imtahanlarının keçirilməsi üçün tərtib olunan testlər müvafiq fənni tədris edən müəllimlər və kafedra müdirləri tərəfindən hazırlanır və kafedralarda yaradılmış və rektorun əmri ilə təsdiq olunmuş komissiya üzvləri tərəfindən yoxlanılır. Amma testlərin təlimata uyğun hazırlandığına görə Fəxrəddin Məmmədovun təqdimatı ilə bunların əlaltılarına, bir sözlə aidiyyəti olmayan adamlara hərəsinə 300-500 manat olmaqla mükafat yazılır. Məsələn, guya test tərtib etdiklərinə görə, “Riyazi analiz” kafedrasının baş laborantı Günay Yusifovaya, Qiyabi şöbənin operatoru Günay Cəfərovaya, “Həndəsə və cəbr” kafedrasının baş laborantı Ülviyyə Məmmədovaya, “Ümumi riyaziyyat” kafedrasının laborantı Reyhan Məmmədovaya, “Beynəlxalq əlaqələr” şöbəsinin mütəxəssisi Mustafa Hüseynova, “ÜTF və texnologiya” kafedrasının tədris ustası Tünzalə Qarayevaya, “Kimya” fakültəsinin operatoru Aynur Bayramovaya, tədris işləri üzrə dekan müavini Niyaməddin Hacıyevə, tədris işləri üzrə dekan müavini Mehriban Məmmədovaya, tədris işləri üzrə dekan müavini Məleykə Aslanovaya, “Fizika” kafedrasının baş müəllimi Sevinc İmanovaya (Aynur Qasımovanın bacısıdır), “Azərbaycan tarixi” kafedrasının baş laborantı Lalə Məmmədovaya , Ümumi şöbənin operatoru Kəmalə Əliyevaya, “Bədən tərbiyəsi və idman” kafedrasının tyutoru Rəşad Məmmədova 300-500 manat həcmində mükafat yazılmışdır. Tutduqları vəzifələrdən açıq-aydın görünür ki, mükafata yazılan şəxslərin heç birinin test tərtibi ilə bağlı əlaqəsi belə yoxdur. Burada elə şəxslər var ki, laborant işləməyinə baxmayaraq test sözünün mənasını belə başqa cür başa düşür. Mükafata təqdim olunan şəxslər rektor və prorektora çirkli işlərdə xidmət göstərən şəxslərdir. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov öz təqdimatında belə bir ifadə yazmışdır: “Məmmədov Rəşad Rüstəm oğlu-Bədən tərbiyəsi və idman kafedrasının tyutoru”. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov hələ bilmir ki, tyutor vəzifəsi kafedrada yox, dekanlıqda olur. Rektor Yusif Yusibov isə bu biabırçı təqdimatı oxumadan əmrləşdirmişdir.
Bu o Fəxrəddin Məmmədovdur ki, hələ GDU-ya gəlməmiş bir neçə təhsil ocağından müəllimə yaraşmayan hərəkətlərinə görə qovulmuşdur. Fəxrəddin Məmmədov Milli İstiqlal Partiyasının liderlərindən biri kimi dərs zamanı tələbələrə dərs keçmək əvəzinə, daim təbliğat aparmış və ulu öndər Heydər Əliyevə qarşı kəskin mövqeyi ilə həmişə diqqət mərkəzində olmuşdur. Fəxrəddin Məmmədov İqtisadiyyat Naziri Mikayıl Cabbarova qohum olmağını hamının gözünə soxaraq, universitetdə öz çirkin əməllərini yerinə yetirir.Mikayıl Cabbarov bu adamı prorektor təyin etməklə GDU-nu gülüş obyektinə çevirdi və prorektor adının dəyərini sıfıra endirdi. Bu adamın psixoloji durumunda sanki, bir problem var. Bir də görürsən, Çingiz adlı ağsaqqal bir kişini Universitetin binasının yanına gətirərək “baxın, cənab nazir Mikayıl Cabbarovun atasıdır”, “bilin ki,mən kimin qohumuyam, mən nə istəsəm edə bilərəm” deməkdən sanki, xüsusi bir həzz alır və universitetdə istədiyi hərəkətləri edir.
5. Akademik borcu olan tələbələrin altqruplarda dərslərdə iştirak etməsi üçün onlardan tələb olunan ödənişlər qeyri-müəyyən formada sərf olunur. Bir çox universitetlərdə akademik borcunu ödəmək üçün mövcud qrupa yerləşdirilən tələbələrdən əlavə ödəniş tələb edilmir. Lakin GDU-da həmin tələbələrdən əlavə ödəniş alınsa da onlara dərs deyən müəllimlərin maaşına heç bir əlavə olunmur. Yəni, heç də az olmayan həmin ödəniş sadəcə olaraq sərbəst vəsaitə çevirilir və onun sonrakı taleyini ancaq “seçilmiş” insanlar bilir.
6. Universitetin 80 illik yubileyi ilə əlaqədar olaraq, əksəriyyəti layiq olmaya-olmaya “Əməkdar müəllim” adı alan, “Tərəqqi” medalı, “Qabaqcıl təhsil işçisi” döş nişanı və digər mükafatlarla təltif olunmuş müəllimlərin keçdikləri dərslərə bircə dəfə nəzər salmaq yetərlidir ki, bu təltiflərin hansı prinsiplə “bölüşdürüldüyü”nə aydınlıq gətirilsin. Bu günkü şəraitdə dərslər internet üzərindən keçirildiyi üçün bu nəzarət çox asandır. Məsələ burasındadır ki, bu adamların bir çoxunu illər boyu ümumiyyətlə, auditoriyada görən olmayıb. İndi də “online” dərsləri sadəcə olaraq keçmirlər, yaxud ən yaxşı halda öz dərslərini digər müəllimlərə keçdirirlər. Çünki, bu cür dərslər kənardan da izlənilə bilər və onların savadsızlığı, qabiliyyətsizliyi hamıya məlum olar, gülünc obyektinə çevrilərlər. Təhsillə azacıq əlaqəsi olan insan yaxşı başa düşür ki, bu nə dərəcədə miskin bir mənzərədir. Amma bu adamlar digərlərindən üstün maaş alırlar, hələ bir çoxları prorektor, kafedra müdiri, müşavir və s. vəzifələr daşımaqla, üstəlik xidməti avtomobillərlə də təmin olunublar. Guya ki, müəllimlərinin əmək haqlarını artırmağa büdcə vəsaiti olmayan bir universitetdə hətta rektorun köməkçisinin də xidməti avtomobillə təmin olunması nə dərəcədə vacibdir və hazırki pandemiya şəraitində bu avtomobillərin aylıq xərcləri nə qədərdir?
7. Cənab Prezident, GDU rektorunun 4 prorektoru, 2 müşaviri, 2 köməkçisi, 2 operatoru, 1 katibəsi, 1 mühafizəçisi, 1 aşpazı var. Bu ştatlarda işləyən şəxslərin də hər birinin ştatdankənar köməkçləri var. Maraqlıdır ki, bu köməkçilər də maaş kimi rəhbərlik tərəfindən paket alır.Tələb olunan işləri yerinə yetirmək üçün təkcə prorektorların olması kifayət edir. Rektor professor-müəllim heyətinin, eləcə də texniki işçilərin maaşlarını qaldırmır. Laborant heyəti 250 manat maaş alır. Amma rektorun yuxarıda sayları göstərilən ətrafı, hətta köməkçilər daxil həm 1500 – 2500 manat maaş alır, həm də xidməti avtomobillə təmin olunublar. Rektorun katibəsi belə evə xidməti avtomobillə gedib-gəlir. Rektorun baş müşaviri, vaxtilə qatı müxalifətçi olan Asif Cavadova ayrılmış xidməti avtomobil Asif müəllimin özündən başqa, kafedra müdiri işləyən həyat yoldaşı Zümrüd Cavadovaya da xidmət edir.
Cənab Prezident,Siz dəfələrlə öz çıxışlarınızda bildirmisiniz ki, yalnız məhdud sayda insanlar üçün xidməti maşın saxlamaq lazımdır. Hətta xidməti maşın ayrılacaq şəxsin özünə də sərt yanaşmalar tətbiq edilməlidir. Nəqliyyat vasitələri, onun xərcləri, yanacaqla təminatı büdcə vəsaiti hesabına ödənilir. Ona görə də xidməti maşının şəxsi maşın kimi istifadəsinin qarşısı alınmalıdır. 17 yanvar 2018-ci ildə Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi haqqında imzalanmış fərmana görə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı Azərbaycan Prezidenti ilə razılaşdırılmalıdır. Amma, GDU rektoru Yusif Yusibovun deyəsən bu fərmandan xəbəri yoxdur. Pandemiya şəraitində bu qədər lazımsız xidməti maşınlara çəkilən şişirdilmiş xərclər rəhbərlik tərəfindən yazılaraq mənimsənilir.
8. Rektor Yusif Yusibovun Prezidenti aldatması nəticəsində Gəncə Dövlət Universitetinin Təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənova “Azərbaycan Respublikasının Əməkdar Mühəndisi” fəxri adı verilib. Təsəvvür edin ki, bu ad Xoşbəxt Yusifzadəyə də verilir, GDU-nun təsərrüfat müdirinə də. Görünür bu da, Gəncə Dövlət Universitetində karbohidrogen yataqları tapıb, camaatın xəbəri yox imiş. Elə deyilsə, bunun bu villaları hansı pullarla tikilib??? Zarafat deyil, təsərrüfat hissəsinin 400-dək işçisi var. Düzdür, onların ancaq 20%-i gözə dəyir, qalanlarının aqibəti məlum olmasa da adlarına maaş da yazılır, hələ mükafat da.
9. Gəncə Dövlət Universitetində professor-müəllim heyətinin maaşı artırılmır. Gəncədəki digər universitetlərlə müqayisədə GDU-da əmək haqqı qat-qat aşağıdır. Əmək haqqı “mənim səndən xoşum gəlir” (yaxud gəlmir) prinsipi ilə bölünür. Ştat cədvəli üzrə vəzifə maaşları arasında müəyyən bir əmsal olmalı olduğu halda, xoşa gələn adamlara, yəni rektorun yaxın çevrəsinə istənilən maaş, üstəgəl daimi mükafatlar verilir, xoşa gəlməyənlərin maaşını artırmağa isə guya vəsait tapılmır. Beləliklə də, işçilərinin əksəriyyətinin minimal 250 manat əmək haqqı alan bir universitetin yalnız “seçilmiş adamları” 2000-2500 manat maaş alır. Halbuku o minimal əmək haqqı alanlardan tədris prosesi evdən onlayn şəkildə keçilsə belə, pandemiya şəraitində gündəlik işə gəlmələri və saat 9-dan axşam saat 6-dək işdə olmaları tələb olunur.
10. Universitetdə əməkdaşların tutduqları vəzifələrlə onların icra etdikləri işlər tam fərqli şeylərdir. Humanitar işlər üzrə prorektor Gülsüm Fətəliyeva bütün günü əlində dəftər işçilərin davamiyyətini yoxlayır. Üstəgəl onlardan peyvənd vurulması haqqında qeydiyyat sənədini tələb edir. Onun düşüncə tərzi ilə bu humanitar məsələlərin ən vacib məqamıdır. Görəsən yaşı ötmüş və qocalıqdan əziyyət çəkən bir xanımı bu cür işlərə sövq edən nədir? Rektor isə peyvənd olunmayanları işdən qovacağı ilə hədələyir. İşçilərdən səhər saat 9-dan axşam saat 6-ya kimi işdə olmaları tələb olunur. Eyni zamanda, işçilərin davamiyyəti Elsevər Nağıyev, Gülsüm Fətəliyeva, qeyri-qanuni olaraq Tələbə Gənclər Təşkilatının sədri işləyən Orxan Məmmədov, özü baba olsa da hələ də Tələbə Həmkarlar Təşkilatının Sədri olan, Tələbə Həmkarlar Təşkilatının büdcəsini istədiyi kimi yeyib-dağıdan Pərviz Adıgözəlov tərəfindən yoxlanılır.
11. Maraqlıdır, rektorun ən yaxın adamlarından biri olan Zəhra Əliyeva Bakı şəhərində yaşayır, üç ildən artıqdır ki, işə belə gəlmir.Amma ona yüksək maaş, mükafat yazılır, problem laboratoriyasına məsul şəxs təyin olunub. Amma 250 manat maaş alan laborant və texniki işçilər məcburi olaraq karantin müddətində işə çağırılır,onların maaşları kəsilir. Pandemiya şəraitində işçilərin məcburi olaraq bir yerə toplanması işçilər arasında yoluxma saylarının kəskin artmasına səbəb olmuşdur. Lakin bu haqda olan məlumat təbii ki, gizlədilir.
12. Gəncə Dövlət Universiteti tədris müəssisəsindən çox, Gəncə şəhər İcra Hakimiyyətinin Kommunal Şöbəsini xatırladır. Bir universitetin nə qədər bağbanı, nə qədər xadiməçisi olar? GDU-da 400 nəfərdən artıq təsərrüfat işçisi var. Amma bunların ən uzağı 200 nəfəri işə gəlir.Yerdə qalan 200-ə yaxın təsərrüfat işcilərinin maaş kartı təsərrüfat işləri üzrə prorektor Fəxrədin Həsənovun seyfində saxlanılır. Hər ay maaş veriləndə bu kartlarla pullar çıxarılır və rektor Yusif Yusibovla Fəxrəddin Həsənov arasında bölüşdürülür.
13. İlqar Kubışev rektorun müşaviridir. 1988-1993-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Maşınqayırma” ixtisası üzrə təhsil almışdır. İlqar Kubışev həm rektorun müşaviridir, həm “İnformatika” kafedrasının dosentidir, həm də Gəncə Musiqi Kollecinin direktorudur. Çox maraqlıdır, bu şəxs bu üç vəzifəni neçə aparır? Maşınqayırma hara, informatika hara, musiqi hara??? Bu şəxs informatika sözünün mənasını belə bilmir, amma belə bir aparıcı kafedrada dosentdir. Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilmir, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunur. Bu adam Yusif Yusibovun Prezidenti aldatması nəticəsində “Tərəqqi” medalına layiq görülüb.
14. Elsevər Nağıyev 2011-ci ildən Gəncə Dövlət Universitetində işləyir.Hal-hazırda rektorun köməkçisidir. Bu şəxsin magistr təhsili yoxdur, lakin “Azərbaycan tarixi” kafedrasında müəllim işləyir.Tərcümeyi-halında guya
Türkiyənin Firat Universitetində magistr təhsil aldığını yazmışdır. Lakin bu diplom saxtadır. Belə ki, o həmişə rektor köməkçisi kimi işdə olmuş,Türkiyəyə getməmişdir.
15. Bir neçə gün bundan əvvəl Hesablama Palatası AMEA-nın rəhbərliyinin 10,4 min manat mənimsəməsi və bu barədə materialların Baş Prokururluğa göndərilməsi haqqında məlumat yaydı. Maraqlıdır, GDU rəhbərliyi Hesablama Palatasından çəkinmirmi? Təkcə bu yaxınlarda iki əməliyyatla 8 milyon və 32 milyon manatın xeyli hissəsi mənimsənilmişdir. Aydın məsələdir ki, bu maliyyə cinayətlərinin gizlədilməsinə rəhbərlik edən Yusif Yusibovun Maliyyə Nazirliyində Aparat rəhbəri olan qardaşı Cavanşir Yusibov və onun dostu Azər Bayramovdur.
16. Cənab Prezident, burada elə bir şərait formalaşıb ki, şikayət edən şəxslər dərhal sıxışdırılır, işdən çıxarılır və müxtəlif təzyiqlərə məruz qalır. Biz yazdığımız faktları yoxlasalar hələ neçə-neçə bizim yazmadığımız cinayətlərin üstü açılar.
Cənab Prezident, Sizdən xahiş edirik ki, buradakı özbaşınalıqlar haqqında lazımi tədbir görəsiniz”.
Tarix: 27-04-2021, 10:32
-
Bu gün, 12:48
"Azernuts"ı cərimə gözləyir
-
Bu gün, 09:11
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
-
20-11-2024, 12:40
Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
-
20-11-2024, 11:07
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
-
20-11-2024, 10:52
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
20-11-2024, 10:51
Məmurlar varlanır, müavinət 1 manat artırılır - Gələcəyin əsgəri üçün...
-
20-11-2024, 10:50
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
-
19-11-2024, 20:33
Ahıl ana ölkə rəhbərliyindən kömək istəyir: “Mənim oğlumu dələduz məmurlardan qoruyun”
-
19-11-2024, 11:47
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
-
15-11-2024, 15:00
"Bu binadan ev alan 100 dəfə düşünsün..." “Greenville Residence”
-
15-11-2024, 14:14
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
-
15-11-2024, 14:11
Məhkəmə “Avrora” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
-
15-11-2024, 10:03
“Şaurma N 1″ restoranının şəriki Aqil Babayevin işində DTX araşdırması!
-
11-11-2024, 12:58
Ukrayna orudusu Donetskdə hücuma başlayıb: mövqelərin bəziləri geri qaytarılıb
-
11-11-2024, 11:44
Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
-
6-11-2024, 22:20
Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...
-
6-11-2024, 22:04
Tərtərdə 1 milyon 700 min manatlıq korrupsiya - 4 icra nümayəndəsinə töhmət verilib
-
6-11-2024, 21:59
"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi
-
6-11-2024, 14:06
Tramp qələbəsini elan etdi: “Tarix yazdıq”
-
6-11-2024, 14:04
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
-
6-11-2024, 13:53
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
-
6-11-2024, 13:51
Zabrat qəsəbəsinin bitməyən kanalizasiya problemləri - RƏSMİ QURUMLAR ŞİKAYƏTLƏRƏ ƏHƏMİYYƏT VERMİR
-
6-11-2024, 13:50
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
-
4-11-2024, 21:42
Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
-
1-11-2024, 21:39
Sumqayıtı "yaşıllaşdıran" Nuranə Zeynalova kimdir? - Əli Həsənovun qardaşı ilə Fərəcovun "yaşıllıq siyasəti"
-
1-11-2024, 21:38
Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu
-
1-11-2024, 21:35
Nurlan Həsənovun Sloveniya macərası - ŞOK İDDİA
-
29-10-2024, 08:39
Sabirabadda əvvəllər də ana ölümü qeydə alınıb, AMMA .. - NARAZILIQ VAR...
-
28-10-2024, 13:18
Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
-
27-10-2024, 18:49
Sabirabad xəstəxanasında rəzalət - 24 yaşlı ana səhiyyə qurbanı oldu VİDEO