Xalq şairi: "Hüseynbala müəllim çox yaxşı kişidir" — "Buna görə onu qınamağa dəyərmi?"




Xalq şairi Nəriman Həsənzadə ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb.

Nəriman Həsənzadə Demokrat.az-a açıqlamasında Hüseynbala Mirələmovun sözügedən videosundan xəbərsiz olduğunu bildirib. 

O, Hüseynbala Mirələmovun ziyalı olduğunu deyib: 

"Mənim Hüseynbala Mirələmova böyük hörmətim var. Hüseynbala müəllim çox yaxşı kişidir. O deputat idi, həm də YAP-ın Xətai rayon təşkilatının sədridir. O, yaxşı yazıçıdır. Görünür kimsə onunla zarafat edib. Buna görə onu qınamağa dəyərmi?".
Tarix: 22-04-2021, 14:04
Xəbəri paylaş



Xəbər lenti