Arif Qasımovun özü gedib... LƏPİRİ QALIB... - İTTİHAM



Arif Qasımovun özü gedib... LƏPİRİ QALIB... - İTTİHAM
“Arif Qasımov xeyli müddətdir icra başçısı vəzifəsindən azad olunsa da, o, Nizami rayonundan, daha doğrusu burada fəaliyyət göstərən tikinti şirkətlərindən, ayrı-ayrı sahibkarlardan əl çəkmir. Müxtəlif yüksək çinli məmurların adından istifadə edərək iş adamlarına, xüsusən də tikinti ilə məşğul olan şirkətlərə təzyiq edərək pul toplamağa çalışır”.

DİA.AZ bildirir ki, bunu adını çəkilməsini istəməyən tikinti şirkətlərindən birinin məsul şəxsi redaksiyamıza göndərdiyi şikayət məktubunda yazıb. İş adamı iddia edir ki, Nizami rayonu İcra Hakimiyyəti hələ də Arif Qasımovun qeyri-rəsmi nəzarətindədir: “İcra Hakimiyyətində müavin vəzifəsi tutan şəxslər dövlətə deyil, məhz Arif Qasımova xidmət edirlər. Bu adamlar iş adamlarına qənim kəsiliblər. Tikinti şirkətləri onların əlindən zara gəlib. İş adamlarına deyirlər ki, bəs Arif Qasımov daha yüksək vəzifəyə gedəcək və əgər onun istədikləri yerinə yetirilməsə, gələcəkdə hamınıza problem yaradacaq. Tikinti işləri ilə məşğul olan Ceyhuna, Elsevərə təzyiq edərək əllərindən bir neçə mənzil alıblar”.

Məktub müəllifinin sözlərinə görə, Arif Qasımov bu vaxta qədər bir çox iş adamına problemlər yaradıb, onları öz qanunsuz tələblərinə tabe

olmağa məcbur edib: “Arif Qasımov icra başçısı vəzifəsindən faktiki olaraq qovulub. Hörmətli Leyla xanım Əliyevanın Nizami rayon sakinləri üçün saldırdığı göz oxşayan parkda özü üçün qanunsuz olaraq restoran tikdirmişdi. Onun barəsində AzTV-də yayınlanmış biabırçı reportajı hamı görüb. Lakin buna baxmayaraq o yenə də köhnə əməllərindən əl çəkmir. Bu adamı puldan başqa heç nə maraqlandırmır. Tikinti şirkətlərinə təzyiq edir, ətrafı vasitəsilə söhbətlər yaydırır ki, guya Nizami rayonuna qeyri-rəsmi rəhbərlik ona tapşırılıb. Onun adamları yeni təyinatları lağ-lağı obyektinə çevirir, kadr islahatlarını gözdən salmağa çalışır, irəli çəkilən gənc kadrlarlarla bağlı şaiyələr yayır, aşağılayıcı fikirlər səsləndirirlər”.

Şikayətçi bildirib ki, Arif Qasımov tikinti şirkətlərinə qarşı oyunlarında öz qardaşı, Ədliyyə Nazirliyi Xətai rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Vüqar Qasımovdan da istifadə edir. Şirkət rəhbərlərini, iş adamlarını “razborkalara” çəkir, onlara hədə-qorxu gəlirlər ki, istədikləri təmin olunmayacağı təqdirdə ciddi problemlər yaradacaqlar. Deyirlər ki, bizim əlimiz uzundur və heç kəs bizim qarşımızı ala bilməz. Qasımovun qanunsuz tələbələri üzrə tikinti şirkətlərinin, iş adamlarının üzərinə yeriyən, insanları hökumətdən narazı salmağa çalışan əsas fiqurlardan biri isə Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovdur. Bu adamın fəaliyyəti araşdırılarsa, ortaya oluqca ciddi korrupsiya və rüşvət faktları çıxar. Biz ümid edirik ki, Tariyel Tahirov öz əməllərinə görə bir gün qanun qarşısında cavab verəcək. Ümumiyyətlə, Arif Qasımovun Nizami rayonundakı yırtıcı dəstəsinin bir gün ifşa olunacağına inamımız böyükdür. Əks halda Nizami rayonundakı tikinti şirkətlərinin rəhbərləri

intihar etmək məcburiyyətində qalacaqlar. “Bespredel”lik baş alıb gedir. Bunun qarşısı alınmalıdır. Nizami rayon İcra Hakimiyyəti bu gün faktiki

olaraq rüşvət kontoru kimi fəaliyyət göstərir. Qasımovun mafiyası dünən rayonu necə talayırdısa, bu gün də eyni şəkildə əməllərini davam etdirirlər. Əlaqədar orqanlardan xahiş edirik ki, Nizami rayonunu, burada fəaliyyət göstərən tikinti şirkətlərini xilas etsinlər”.

Mövzunu davam etdirəcəyik.
Tarix: 21-04-2021, 12:49
Xəbəri paylaş



Xəbər lenti