Bu bəyanat idarəçiliyin Azərbaycana ötürülməsinin ilkin mərhələsi sayıla bilər


“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar Moskva görüşü başa çatıb. İlkin verilən məlumata görə Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın inkişafı ilə bağlı ortaq bəyanat imzalayıblar.
 Elan edilən Bəyanatın mahiyyətindən görünür ki, danışıqlarda əsas humanitar məsələlər müzakirə edilib. Ancaq bu görüşün tam olaraq təfərrüatı deyil. Çünki, humanitar məsələnin bu qədər uzun müddətdə müzakirəsinə ehtiyac yox idi. Əvvəla humanitar məsələlər barədə mahiyyət etibarı ilə razılaşma 10.11.2020-ci il tarixli bəyanatda əksini tapmışdı və bu məsələ isə bağlı tərəflər arasında o qədər böyük fikir ayrılıqları yox idi.”
Bunu hüquqşünas Vüqar Dadaşov başa çatmış Moskva görücünün yekunu barədə fikirlərini bölüşərkən deyib. Hüquqşünas qeyd edib:
“11 yanvar Moskva bəyanatı mahiyyət etibarı humanitar məsələlərin həlli baxımından 10 noyabr bəyanatının davamı kimidir. Deməli səsləndirilməsi hələ məqbul sayılmayan danışıqlar keçirilib. Həmin danışıqların mahiyyətinin və nəticəsinin elan edilməməsi Paşinyan hakimiyyətinin qorunması məqsədi də güdə bilər hansı ki, həm Azərbaycan və həmdə Rusiya əldə edilmiş üçtərəfli hər bir razılaşmaların Paşinyan hakimiyyətinin öhdəlikləri kimi icrasında maraqlıdırlar. Sözsüz ki, Rusiya Qarabağ məsələsinin tam həllində maraqlı deyil, ancaq Paşinyanın hakimiyyətində qalmasına maraqlıdır. Əlbəttə ki, Putin Paşinyanın hakimiyyətdə qalmasında öz dövlət maraqları var. Putinə məlumdur ki, Paşinyandan sonra Ermənistanda Rusiya meylli liderlərin hakimiyyətə gəlməsi olduqca çətin məsələdir, ancaq daha radikal qərb yönümlü siyasətçilərin hakimiyyətə gəlməsi ehtimalı olduqca yüksəkdir. Yeri gəlmişkən Paşinyana qarşı ölkədə keçirilən mitinqlərin təsirsiz olmasının və əhali tərəfindən çox az dəstəklənməsinin səbəbi Ermənistanın Rusiya təsirində saxlanmasını istəməyənlərin çoxluq təşkil etməsidir.
Bu günün bəyanatından aydın görünür ki, Rusiyanın, Fransanın və Ermənistanın ən çox marağında olan Qarabağın status məsələsi müzakirə mövzusu olmayıb, Qarabağın inkişafı ilə bağlı birgə işçi qrupunun yaradılması Azərbaycan inzibati orqanlarının ərazidə fəaliyyətinin bərpası deməkdir. Bu qrup Azərbaycanın hələ nəzarətində olmayan yaşayış məntəqələrində dövlət idarəçiliyin Azərbaycana ötürülməsinin ilkin mərhələsi sayıla bilər.
Görüşün təşkili zamanı Rusiya rəsmilərinin və eləcədə Putinin Paşinyana qarşı siyasi və diplomatik mədəniyyət baxımından məqbul sayılmayan publik davranışı onu deməyə əsas verirdi ki, Paşinyan bu danışıqlarda ümumən dinləyici qismində yəni faktiki olaraq məğlub ölkə parametrlərinə uyğun olaraq iştirak edib. Əminliklə demək olar ki, Qarabağ məsələsində Azərbaycan məhz Rusiya ilə danışıqlar aparır. Görüş öncəsi açıqlamamda qeyd etdiyim kimi Rusiyanın Azərbaycana təsir və təzyiq imkanları zərərsizləşdirilib və bu baxımdan Rusiya danışıqlarda Azərbaycan mövqeyindən çıxış etməklə bölgədə mövcudluğu təmin etmək istəyir.
Bəyanatdan göründüyü kimi, Azərbaycan öz siyasi hədəflərinə yaxınlaşmaqda davam edib və sözsüz ki, üçtərəfli 11 yanvar Moskva görüşü Azərbaycanın siyasi və diplomatın uğuru, Vətən müharibəsində qələbəmizin rəsmiləşməsi üçün bir mərhələdir.”

Neqativ.com
Tarix: 11-01-2021, 21:40
Xəbəri paylaş



Xəbər lenti