Rusiya sülhməramlılarının Qarabağda mandatından kənar fəaliyyətinin, dağıdıcı və yenidən müharibənin alovlanmasına maraqlı olmasının bir çox səbəbləri var. Ən əsas səbəb isə, qlobal masştabda Rusiyanın yeni dünya düzənində aparıcı iştirakına yerin ayrılmamasıdır. Bu məsləyə müəyyən qədər də olsun aydınlıq gətirməzdən öncə bir neçə məqamı xatırlatmaq istərdim. Rusiyanın Azərbaycana qarşı ənənəvi yəni, güc və imperialist siyasəti dəyişməyib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan və müstəqilliyimizə ən başlıca təhdid olan məhz Rusiyadır. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Rusiyanın dirijorluğu və bir başa iştirakı ilə aparılır. Azərbaycanın Ermənistan üzərində qələbəsi faktiki olaraq Azərbaycanın Rusiyanın aqressiv siyasəti və təcavüzü üzərində qələbəsidir. Təbii ki, Bakının Zəfər paradında qənimət kimi nümayiş etdirdiyi hərb texnikası Rusiyanın gücsüzlüyünün nümayişi idi. Əsl həqiqət də budur ki, Azərbaycanın Ermənistan üzərində parlaq və mübaliğəsiz 100%-lik qələbəsi Rusiyanın qüdrətli hərb dövləti kimi stereotipi məhv etdi, Rusiyanın dünyada imicini əsaslı laxlatdı. 44 günlük müharibənin gedişi Rusiya üçün gözlənilməz nəticələr verirdi. 2020-ci il noyabr ayının 9-da Azərbaycan tərəfindən Rusiyanın Ermənistanda 102-ci hərbi bazasına məxsus Mİ-24 vertolyotunun vurulmasından Rusiya şantaj və təzyiq kimi istifadə edərək müharibəni dayandıra bildi və özünün Qafqazdan çıxmasını təmin edə biləcək qələbənin tamamlanmasına mane ola bildi. Rusiya yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan ərazisinə, Qarabağa öz sülhməramlılarını yeritməyə nail oldu. Əminliklə demək olar ki, bu nəticə Rusiyanın böyük strateji səhvi idi. Bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb. Hüquqşünas qeyd edib: “Qarabağda yerləşən Rusiya sülhməramlıların mandatından kənar və Azərbaycanı təhdid edici provokativ fəaliyyəti, boğulanın saman çöpündən yapışması kimidir. Rusiya Qarabağ konfliktin canlandırmaqda məqsədi təbii ki, Cənubi Qafqazı itirməməklə yanaşı, yeni dünya düzənində Rusiyaya aparıcı rollardan birini əldə etməkdir. Məsələ göründüyündən də mürəkkəbdir. Artıq əminliklə qeyd etmək olar ki, 2-ci dünya müharibəsindən sonra formalaşmış dünya düzəni pozulmuşdur. Meydanda yeni konfiqurasiyalı düzən özünü büruzə verir. Hal-hazırda dünyanın yeni düzənini bu dövlətlər müəyyən edir: Çin, ABŞ, İngilis-türk və İsrail biliyi. Avropa birliyi formal olaraq mövcuddur və nəinki, dünya masştabında və eləcədə Avropa ittifaqı üzrə məsələlərin həllində yekdillik nümayiş etdirə bilmir və qəbul etdiyi qərarlar faktiki olaraq heç bir təsir qüvvəsinə malik deyil. İngilis-Türk birliyinə Azərbaycan, İsrail, Ukrayna daxildir və Almaniyanın da bu qrupda yer alacağı da şübhəsizdir. Yeni dünya düzənində Azərbaycana xüsusi mövqenin ayrılması Azərbaycan dövləti və xalqı üçün uğurlu nəticələr vəd edir. 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın və Fransanın təqdimatı və dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı qətnaməsinə məhz BMT TŞ-nın 5 daimi üzvlərindən biri olan Böyük Britaniya veto qoyaraq həmin qətnamənin qəbul edilməsini mümkünsüz etdi. İsraillə Türkiyə arasında gizli razılaşmaların mövcudluğu haqqında fikirlərimi bölüşmüşdüm. Bir daha qeyd edim ki, İsrail Azərbaycan əməkdaşlığı isə dünyada nümunəvi strateji müttəfiqlik səviyyəsindədir. Nəinki, İsrail dövləti bütün dünya yəhudiləri Azərbaycanın maraqlarını öz dövlətlərinin maraqları kimi qoruyur. Türkiyə Azərbaycan müttəfiqliyi isə “bir millət iki dövlət” parametləri üzərində qurulan tarixi, milli və etnik köklərə bağlıdır. 2015-ci ildə 24 apreldə İngilis Şahzadə Çarlzın Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş mərasimdə iştirak etməsi, həmin birliyin ilkin aşkar nümunəsi idi. Yeri gəlmişkən həmin mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammadov, Pakistan prezidenti Məmnun Hüseyn, İrlandiya prezidenti Maykl Hiqqins, İraq prezidenti Fuad Məsum, Qatarın əmiri Tamim bin Həmad əl-Tani, Avstraliyanın baş naziri Toni Ebbot, Yeni Zelandiyanın baş naziri Con Key və digər xarici liderlər iştirak etmişdiər. Siyahıya fikir versək görərik ki, mərasimdə iştirak edən dövlətlər Türkiyəyə və Böyük Britaniyaya siyasi baxımdan yaxın ölkələrdir. Çanaqqala zəfərinin 100 illiyindən bir il sonra Böyük Britaniya 23 iyunda keçirdiyi referendumla Avropa İttifaqından çıxmasını (Brexit) təsdiqlədi. Bununla da Böyük Britaniya Avropa İttifaqı formatında müəyyən edilmiş iqtisadi əlaqələrinə, siyasi birliyinə və Avropa ittifaqı ilə razılaşdırılmalı olduğu xarici siyasətinə son vermiş oldu. 29.12.2020-ci il tarixdə isə Türkiyə ilə Böyük Britaniya arasında sərbəst ticarət haqqında sazişi imzalandı. Türkiyə və İngilis kəşfiyyatının birgə və əlaqələndirici fəaliyyətini təsdiq edən çoxlu sübutlar mövcuddur, Türkiyənin və İngiltərənin dövlət maraqları qarşılıqlı şəkildə qorunur. Almaniyanın da bu ittifaqda yer aldığı aşkar görünür. Ümumiyyətlə Avropa ittifaqının və onunla bağlı təşkilatların Türkiyəyə qarşı təhdidləri və mümkün sanksiyaları ittifaqın aparıcı dövləti Almaniya tərəfindən qarşısı alınır. Almaniyanın Türkiyəyə qarşı loyallığı bütün siyasi məsəllər də özünü göstərir, bu həm Yunanıstanla bağlı, həm yaxın Şərqlə bağlı, həm də Avropa İttifaqının ümumi məsələlərə yanaşmasında təsdiqini tapır. Yeni dünya düzəninin əsas oyunçuları artıq yerini tutmuş, maraq dairələri müəyyən edilmişdir. Bu bölgüdə nə Rusiyaya, nə də İrana yer yoxdur. Regionumuzla bağlı bu iki dövlətin indiki sərhədləri daxilində mövcudluğu olduqca qaranlıq görünür. Təbii ki, Cənubi Qafqazda Ermənistanın gələcək mövcudluğu da onun dövlət siyasətində və milli düşüncə tərzində edə biləcəyi mümkün dəyişiliklərdən asılıdır, ancaq yekun olaraq Ermənistanın taleyi İngiltərə, Türkiyə, Azərbaycan, İsrailin birliyinin siyasi qərarının əhatəsinə daxildir. Rusiyanın Qarabağda hansı təxribata əl atmasından asılı olmayaraq axır nəticəni dəyişə bilməyəcək və siyasi vəziyyət onun iradəsindən aşlı olmayaraq məntiqi nəticəsini alacaq yəni, Azərbaycan tam olaraq öz ərazi bütövlüyünü, suverenliyin bərpa edəcək, rus sülhməramlılarını ərazisindən çıxaracaq. Buna Azərbaycanın həm siyasi həmdə hərbi gücü yetərli olacaq. Rusiyanın özünün gələcək taleyini isə ABŞ, Çin, İngiltərə-Türkiyə Bloku müəyyən edəcək. Rusiya bütün bunları görür ancaq ki, tarixi zərurət deyilən prosesin qarsısın almaq mümkün olmayacaq. Rusiya ərazilərinin olduqca böyük hissəsi ilə vidalaşmaq məcburiyyətində qalacaq. Rusiyanın dağılma ehtimalının reallaşması Çinin razılığına söykənir. Baxmayaraq ki, Çin Rusiya ərazilərinə artıq “sülh ekspansiya” edib. SSRİ-də olduğu kimi, eyni ilə Rusiyanın nüvə silahına malik olması onun parçalanmasına əngəl ola bilməyəcəyi də məlum məsələdir. Dünyanın inkişafı yeni mərhələdə yenilənmiş tərkibdə gedəcək. Sevindirici odur ki, artıq türk birliyi, bloku dünyanın inkişafında aparıcı rola malikdir.
“Neqativ.com
Tarix: 30-12-2020, 20:16