Ermənistan rəhbərliyi tez-tez Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddaratını təyin etmə haqqından danışır və dünyanı da Qarabağ ermənilərinin bu hüququnu tanımağa çağırır. Yenisabah.az xəbər verir ki, İrəvan bu barədə danışarkən 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktına istinad edirlər. Lakin burada da ermənilər öz xislətinə uyğun təhrifə yol verirlər. Məsələ burasındadır ki, Helsinki Yekun Aktında 10 prinsip nəzərdə tutulub. Onlardan biri də “xalqların öz müqəddaratını təyin etmə haqqıdır”.
Amma bunun üçün digər prinsiplər də gözlənilməlidir. Sənəddə əks olunan prinsiplər aşağıdakılardır:
Suveren bərabərlik prinsipi;
Zor işlətməmək prinsipi;
Sərhədlərin toxunulmazlığı prinipi;
Dövlətlərin ərazi bütövlüyü prinsipi;
Mübahisənin dinc yolla həll olunması prinsipi;
Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi;
İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi;
Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;
Dövlətlər arasında əməkdaşlıq prinsipi;
Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.
Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;
Sənəddə əks olunan gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helsiki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib.
Bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.
Gəlin görək “öz müqəddəratını təyin etmə prinsipi”ndən danışan ermənilər digər prinsiplərə riayət edirlərmi? Bu suala birmənalı olar “xeyr” cavabını vermək mümkündür. Əvvəla, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir. Dağlıq Qarabağ və ətraf rayonların faktiki işğalı belə deməyə əsas verir. Dünya Dağlıq Qarabağın Azərbaycana aid ərazi olduğunu qəbul edir. Bu baxımdan, oradakı qondarmı rejimi heç bir ölkə müstəqil dövlət kimi qəbul etmir. Hətta Ermənistan özü belə, qondarma respublikanı tanımır.
İkincisi, Dağlıq Qarabağa iddia edən Ermənistan bura aid olmayan Azərbaycan ərazilərini işğalda saxlayır. Bunun nətcisəində bir milyondan çox mülki vətəndaş yurd-yuvalarından didərgin düşüb.
Üşüncüsü, Azərbaycanın ərazilərini işğal edən Ermənistan faktiki olaraq orada etnik təmizləmə aparıb.
Beləliklə, Ermənistan Helsinki Yekun Aktının digər prinsiplərini kobud şəkildə pozub. Bu baxımdan, İrəvanın “öz müqəddaratını təyin etmə” iddiasının heç bir hüquqi qüvvəsi yoxdur.
Tarix: 15-10-2020, 17:38