“Dövlət strukturlarının fəaliyyət göstərmələrinin bir çox on illiklər ərzində işlənilmiş bir ümumi məntiqi var. Ona görə Ermənistan silahlı qüvvələrinin bir hissəsinin işğal olunmuş ərazilərdə döyüşlər aparacağını, digər hissənin isə Ermənistan ərazisində, kənarda dayanaraq hərbi əməliyyatlara qatılmayacağını güman etmək, haradasa “şimalda” düşünülmüş müvəqqəti, qətiyyən məntiqsiz və mücərrəd sxemə bənzəyir. Aydındır ki, nə Ermənistan, nə də Azərbaycan bu “şərtə” uzun müddət qulaq verəcəklər”.Cebhe.info xəbər verir ki, bu şərhlə sabiq Xarici İşlər naziri, politoloq Tofiq Züfüqarov çıxış edib.
O qeyd edib ki, hərbi əməliyyatların ikinci mərhələsinə, konkret desək, bütün sərhəd boyu iki ölkə arasında genişmiqyaslı hərbi əməliyyatların başlaması mərhələsinə hazır olmalıyıq:
“Ötən gün mən yazanda ki, “Ermənilərin Gəncəyə raket zərbəsinə Naxçıvandan İrəvandakı Müdafiə Nazirliyinin binasına zərbə ilə cavab verilməlidir” çoxlu sayda dəstək “laykı” ilə bərabər KTMT-nin (ОДКБ) mümkün reaksiyası barədə çoxsaylı suallar da oldu. Bununla əlaqədar bir sıra məqamları qeyd etmək istərdim:1. Ermənistan KTMT-nin məsələyə müdaxiləsinə çalışacaq, çünki Azərbaycanla “təkbətək” vəziyyətində onların darmadağın olmamaq üçün heç bir şansı yoxdur;
2. Yalnız Rusiya silahlı qüvvələrinin birbaşa müdaxiləsi Ermənistana imkan verəcək ki, mövcud, yaxud gələcək təmas xəttində vəziyyətin dondurulmasını zəmanətli şəkildə təmin etsin;
3. KTMT-nin nizamnaməsinə əsasən, silahlı qüvvələrin istifadəsi haqda qərar müzakirə prosedurundan sonra qəbul edilir;
4. Ermənilərin marağındadır ki, bu prosedur gizli keçirilsin. Çünki heç bir iştirakçı-ölkənin ictimaiyyəti ermənilərin Azərbaycan torpaqlarının bir hissəsinin ilhaqı haqqında cəfəng ideyası uğrunda öz əsgərlərinin həlak olması ehtimalını qəbul etməyəcək;
5. Məhz buna görə Azərbaycan yalnız Rusiyanın deyil, həmçinin digər ölkələrin media məkanında bu məsələnin ictimai müzakirəsini başlatmalıdır;
6. Belə bir müzakirənin başlanması üçün səbəb mövcud vəziyyətə dair bizim mövqemizi izah edən Azərbaycan Prezidentinin Dövlət başçılarına açıq müraciəti ola bilər;
7. Ermənilərin təxribatlarına cavab verərkən, ictimaiyyətə, obyektiv nəzarətin məlumatları təqdim edilməklə, düşmənin raket qurğularının real növləri və dislokasiya rayonları haqqında məlumat verilməlidir;
8. Hərbi əməliyyatların zonasının hər iki ölkənin ərazisində genişləndirilməsi düşmənin qüvvə və vasitələrinin parçalanmasını təmin edəcək ki, bu da onları bizim ordumuzun hücum istiqamətlərində cəmləşdirmək imkanından məhrum edəcək”.
Tarix: 12-10-2020, 16:52