Ermənistan reallığı: Yalançı Nikol, məğlub ordu və iqtisadi çöküş - TƏHLİL

Uzun illərdir iqtisadi çətinliklər burulğanında çabalayan Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması bu ölkənin durumunu daha da ağırlaşdırır. Qafqazın ən zəif, iqtisadi və sosial potensialı xeyli aşağı olan ölkəsində siyasi hakimiyyət dəyişikliyindən sonra hər şeyin öz axarına düşəcəyi gözlənilsə də, proseslər bunun tam əksini göstərdi. Baş nazir Nikol Paşinyanın verdiyi vədləri yerinə yetirmək əvəzinə ölkəsini ölümcül müharibəyə cəlb etməsi erməni xalqını sözün əsl mənasında fəlakətə sürükləyir.
Heç kimə sirr deyil ki, işğalçı ölkənin əsas iqtisadi dayaqlarından biri xaricdəki ermənilər- diaspor təşkilatları olub. Son vaxtlar hazırkı iqtidarın diaspor təşkilatları ilə əlaqələrində soyuqluq müşahidə edilir. SOROS-un pulları hesabına hakimiyyətə gələn Paşinyanın əsas erməni təbliğat maşınlarından və iqtisadi dayaqlarından sayılan diasporla münasibətləri kəskin pozulub. Sentyabrın 27-dən başlanan müharibənin gedişində Nikolun bir neçə dəfə xaricdə yaşayan ermənilərə, diaspor təşkilatlarına yardım çağırışları etməsi İrəvanın aciz durumda olduğunu göstərdi. Lakin Paşinyanın populist çıxışları heç də effekt vermədi. Artıq sıravi Ermənistan vətəndaşları da anlamağa başlayıblar ki, ölkə məhvə sürüklənir və Nikol onları yalan vədlərlə aldatmaqla məşğuldur. İndiyədək heç bir vədinə əməl etməyən saqqallı baş nazirdən erməni diasporları da üz döndərib, onlar ən qısa zamanda hakimiyyətin dəyişməsini arzulayırlar.
Ermənistanda iqtisadi durumun ağır olmasının səbəblərindən biri xarici şirkətlərin bu ölkəni tərk etməsidir. Bu gün hətta Ermənistanın əsas müttəfiqlərindən olan Rusiya şirkətləri də işğalçı ölkədən üz döndərir. Ölkə iqtisadiyyatı tamamilə sıradan çıxmağa doğru gedir. İşsizlik, aclıq və səfalət erməniləri ölkədən qaçmağa vadar edir. Yerdə qalanlar isə illərdir yığılıb qalan problemlərin girdabında ölüm-dirim mübarizəsi aparırlar. Bütün bu çətinliklərin fonunda COVID-19 pandemiyası Ermənistanın bugünkü reallıqlarını bir daha üzə çıxardı.
Qarabağ problemini danışıqlar mərhələsindən aktiv müharibə raunduna daşıyan Paşinyan Ermənistanın indiyədək ən uğursuz rəhbərlərindən biridir. Onun idarə etdiyi ölkə koronavirus pandemiyasının ən çox zərər vurduğu, virusla mübarizədə ortaya effektsiz mübarizə qoyan dövlətlər arasında öncül yerlərdədir. Təsadüfi deyil ki, Ermənistanda koronavirus infeksiyası genişlənməkdə davam edir, gündəlik yoluxanların və ölənlərin sayı durmadan artır. Xəstəxanalar pasiyentləri qəbul edə bilmir. Ölkədə ciddi şəkildə həkim və dərman qıtlığı yaşanır. Dövlət pandemiyadan çərər çəkən insanlara yardım etmək yerinə, onları taleyin ümidinə buraxılır. Həm iqtidari böhran, həm də epidemioloji vəziyyətin ağırlaşması artıq dözülməz həddə çatıb. Virusun iqtisadiyyata təsiri ilə bağlı müqayisə aparsaq, görərik ki, pandemiyanın davam etdiyi dövrdə Azərbaycanda ümumi daxili məhsul 3,7 faiz, Ermənistan iqtisadiyyatı isə 6 faiz azalıb.
Ermənistanın təcridi
Sosial-iqtisadi və humanitar kollaps həddində olan işğalçı ölkənin hazırkı fəlakət həddinə gəlib çıxmasının başlıca səbəbi Qarabağ münaqişəsinin həll edilməməsi və Azərbacanın bu istiqamətdə sərgilədiyi uğurlu siyasətdir. Bu gün İrəvanın üzləşdiyi iqtisadi çöküş illər öncə Ümumilli Lider Heydər Əliyev tərəfindən başladılan və Prezidet İlham Əliyevin davam etdirdiyi Ermənistanın təcrid olunma siyasətinin nəticəsidir.
Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş Azərbaycandan fərqli olaraq Ermənistan regional layihələrdən kənar qalıb. Əgər ölkəmiz uzun illər beynəlxalq iqtisadi təşkilatların hesabatlarında yuxarı pillələrdə göstərilibsə, Ermənistan gəliri xeyli aşağı olan, yalnız ianələr hesabına yaşayan dövlət kimi xarakterizə edilib. Təkcə bir rəqəmi qeyd edək ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 15 milyard dollar təşkil edib. Ermənistanda isə bu rəqəm cəmi 3,9 milyarddır. Bundan əlavə, Azərbaycan strateji valyuta ehtiyatları baxımdan Ermənistanı dəfələrlə geridə qoyur. Belə ki, ölkəmizin strateji valyuta ehtiyatları 51 milyard ABŞ dolları təşkil edir. Ermənistanda isə bu rəqəm cəmi 2,6 milyard dollar təşkil edir.
Regionda dilənçi vəziyyətinə düşmüş Ermənistan ümidi xaricdən gələn qrantlara qalıb. Rəsmi statistikaya əsasən, xarici donorların qrant üçün ayırdıqları kvotanın 70 faizi ermənilərin payına düşür.
Energetika sahəsində də müqayisələr Ermənistanın xeyli geridə olduğunu göstərir. Belə ki, Ermənistan Rusiyaya, İrana qaz, enerji borcunu ödəyə bilmir, hətta, qaz borcuna görə rəsmi İrəvan meyvə və digər məhsullar təklif edir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın qazla təchizatı Rusiyaya məxsus “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom-Armeniya”nın əlindədir. Bu şirkət Ermənistanın elektrik enerjisi ilə təminatında aparıcı yer tutur.
Maraqlıdır odur ki, Rusiya ilin əvvəlindən etibarən Avropaya 80 dollara satdığı qazın qiymətində Ermənistan üçün heç bir güzəştə getmədi. Qısası, bu gün ortada olan statistik rəqəmlərin, Ermənistan iqtisadiyyatının ağır duruma düşməsi Azərbacanın bu ölkəni regional proseslərdən təcrid etməsinin nəticəsidir və bu siyasət müharibə dövründə özünü tam göstərir.
Kasıb ölkə, müharibə hədəsi və Paşinyanın dilənçiliyi
İqtisadiyyatı sıfıra yaxınlaşan Ermənistanın Azərbaycan kimi güclü ölkəylə müharibəyə qalxması gülünc doğurur. Geridə qalan 10 gün ərzində Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə məruz qalan Ermənistan ard-arada böyük itkilər verir. Azərbaycan əsgərləri qarşısında duruş gətirə bilməyən erməni hərbçilər döyüş mövqelərini qoyaraq qaçmaqla xilas olmağa çalışırlar. Hazırda İrəvanda bütün imkanlar müharibəyə yönəldilib, silah-sursat, ərzaq, dərman, hətta hərbi geyim belə tapılmır. Paşinyan isə hesab edir ki, "Facebook"un canlı yayımında dilənməklə özünü və ölkəsini fəlakətdən qurtara biləcək...
Digər bir məqama diqqət yetirək. Bu gün Ermənistanda əhalinin ümumi sayının cəmi 2,9 milyon nəfər təşkil etməsi fonunda Azərbaycanda hazırkı statistika 10 milyon 100 min nəfərə çatır. Şübhəsiz ki, yuxarıda sadalanan iqtisadi göstəricilərlə yanaşı demoqrafik resurslar da bu gün hərbi əməliyyatların aparılmasında strateji əhəmiyyət daşıyır. Orduda xidmət edən hərbçilərlə bağlı müqayisələr aparanda belə bir mənzərə ortaya çıxır: Azərbaycan Ordusunda ümumi hərbçi sayı təxminən 426 min nəfərdirsə (aktiv şəxsi heyət 126 min, ehtiyatda 300 min), Ermənistanda onların sayı cəmi 245 min nəfər təşkil edir (aktiv hərbçi sayı 45 min, ehtiyatda 200 min). Azərbaycandan fərqli olaraq işğalçı ölkəyə muzdlu döyüşçülərin, ayrı-ayrı ölkələrdən terrorçu qrupların cəlb olunmasını da xüsusi vurğulamaq lazımdır. Ermənistan hakimiyyəti orduda xidmətdən yayınan vətəndaşların yerini muzdlularla doldurmağa çalışır. Suriya, Liviya və digər ölkələrdən cəlb olunan muzdlu-terrorçu qrupların Qarabağda Azərbaycan ordusuna qarşı vuruşmasını təsdiq edən kifayət qədər faktlar mövcuddur.
Azərbaycanın hərbi üstünlüyü
Əlbəttə, Ermənistanın iqtisadi çöküşü hərbi büdcəyə bilavasitə öz təsirini göstərir. Statistik məlumatlara nəzər yetirdikdə, Azərbaycana qarşı təxribatlara əl atmaqla müharibənin başlamasına səbəb olan Ermənistanın hərbi büdcəsi Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağıdır. Təkcə cari ilin rəqəmlərini deyək ki, 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 2,4 milyard ABŞ dolları təşkil etməsi fonunda Ermənistanın hərbi büdcəsi 625 milyon dollar olub.
Bundan əlavə, beynəlxalq hərbi təşkilatların araşdırmalarında da Azərbaycanın üstünlüyü açıq-aşkar görünür. "Global Fire Power" şirkətinin 2020-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan Ordusu dünyanın 138 ölkəsinin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistan isə 111-ci yerdə qərarlaşıb. Hazırda ağır döyüşlərin getdiyi cəbhə bölgəsində ölkəmizin Ermənistandan üstün olmasının digər səbəbi Azərbaycan Ordusunun arsenalında hərbi təyinatlı texnika və silah-sursat, eləcə də pilotsuz uçuş aparatların xeyli qisminin yerli sənaye məhsulu olmasıdır. Ermənistan ordusundan fərqli olaraq Azərbaycanın yanacaq və sürtkü yağları ilə təchizatı yerli istehsal hesabına aparılır.
4 gündə 1,2 milyard dollarlıq itki
Görünür, bu səbəblərdəndir ki, hazırda döyüşlərdə ağır məğlubiyətlərlə üzləşən erməni ordusu ardıcıl noqdaunlardan özünə gələ bilmir. Təxmini hesablamalara görə, müharibənin ilk 4 günü ərzində Ordumuzun sərrast zərbələri nəticəsində Ermənistanın 1,2 milyard ABŞ dollar məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarılıb.
Beləliklə, bütün bunlar, ortada olan faktlar göstərir ki, işğalçı ölkənin ağır iqtisadi-sosial problemlər məngənəsində sıxılması, döyüşlərdəki məğlubiyyətin kökündə Azərbaycanın uzun illərə söykənən təcridetmə siyasəti dayanır. Bölgədə aparıcı gücə çevrilən Azərbaycanın hazırda davam edən müharibədəki uğurları isə düzgün hərbi-iqtisadi və diplomatik siyasətin nəticəsidir.
Tural Tağıyev
Azvision.az
Tarix: 8-10-2020, 09:45
-
Dünən, 22:45
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama
-
Dünən, 22:35
Rayon rəhbəri sahibkar Zəfər Nəsirovun müasir istixana kompleksi ilə tanış olub
-
Dünən, 22:34
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
-
Dünən, 22:26
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz”
-
Dünən, 22:21
Tərtərdə Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
-
Dünən, 21:57
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
-
Dünən, 21:56
Məhkəmə hakimindən Fuad Ələsgərova ŞİKAYƏT - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 21:54
Dörd liderin başa düşdüyü tək məqam: - Moskva indi bu şərtlərlə razılaşmayacaq, amma...
-
Dünən, 21:51
Xəstəxanalarda 31 nəfər məsuliyyətə cəlb edilib
-
Dünən, 10:52
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
-
Dünən, 09:57
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış...
-
Dünən, 09:39
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
Dünən, 09:31
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
-
Dünən, 09:20
“Mingəçevirdə Namiq Tanrıverdiyevin rəhbərlik etdiyi idarədən narazılıq: Vətəndaş analıq məzuniyyəti ödənişini ala bilmir”.
-
11-06-2026, 22:35
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
-
11-06-2026, 22:13
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
11-06-2026, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
11-06-2026, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
11-06-2026, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
11-06-2026, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
11-06-2026, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
11-06-2026, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
11-06-2026, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
11-06-2026, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
11-06-2026, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
11-06-2026, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
11-06-2026, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
11-06-2026, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
11-06-2026, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
10-06-2026, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”