Orta Asiya türkləri də ayılsalar, nə baş verər? - GƏLİŞMƏ

Sentyabrın 27-də düşmənin təxribatından sonra ordumuzun işğal altındakı ərazilərimizi azad etmək üçün apardığı hərbi əməliyyatlara dünyanın ən müxtəlif yerlərində yaşayan soydaşlarımızın dəstəyi gəlməkdə davam edir. Burada Cənubi Azərbaycan daha fəal görünür.
Artıq bir neçə gündür ki, Güneydəkli soydaşlarımız Cənubi Azərbaycanın ən müxtəlif şəhərlərində aksiyalar keçirirlər. Hətta aksiya iştirakçılarından İran rejimi tərəfindən həbs edilənlər də var, lakin bu soydaşlarımızın gözünü qorxutmur. Eyni dəstəyi qardaş Türkiyədə yaşayan vətənpərvərlərimiz də göstərir.
Bu aksiyalar Azərbaycanın Türkiyə və İrandakı soydaşlarımızın bu dəstəyindən necə yararlandığı barədə məsələni gündəm edib. Bu iki amil heç şübhəsiz ki, gücümüzə xeyli güc qatır, dünya ictimaiyyətinin, beynəlxalq birliyin gözündə necə böyük və səmimi dəstəyimizin olduğunu göstərir.
Bütün bunlarla yanaşı bir təəssüfedici amil də var. Bu da Mərkəzi Asiyanın türk dövlətləri ilə bağlıdır. Həmin ölkələrin xalqları barədə də eyni fikri söyləmək olar. O coğrafiyadan gələn dəstək Azərbaycan tərəfi nəinki qane etmir, hətta bəzi anlarda narazılığına səbəb olur. Əgər o türk dövlətləri və xalqları da bizə tam dəstək versələr, bu böyük bir coğrafiyanı əhatə edər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev çox gileyli danışdı: “Qırğızıstan bir az səhvini düzəltdi. Macarıstanla birlikdə mövqe nümayiş etdirdi. Bu müəyyən qədər sevindirici haldır. Amma bütövlükdə Orta Asiyanın nə Qazaxıstanı, nə Qırğızıstanı, nə də Türkmənistanı gözlədiyimiz təpkini vermədilər. Bu çox yanlışdır. Hesab edirəm ki, bu məsələlərə yenidən baxmaları lazımdır. Səhvin içərisindədirlər. Güney Azərbaycana gəlincə, baxıram ki, mətbuatda yazılır ki, Güney Azərbaycan da Azərbaycanın yanındadır. Bu çox yanlış təqdimatdır. Güney Azərbaycan Azərbaycanın yanında deyil, çünki Azərbaycanın elə özüdür. Sadəcə olaraq bölünüb, bir kənarda qalıb. Azadlıq hərəkatının bir qanadı Quzeydə nəticə əldə edib, lakin Güneydə bu hərəkat hələ də davam edir. O da Güney Azərbaycan hərəkatı deyil. Bütöv Azərbaycan hərəkatının cənubunda baş verənlərdir. Bu gün Güneydən bizə verilən dəstək o insanların borcudur. Bizim haqqımızdır ki, onlardan səslərini qaldırmağı istəyək. Hesab edirəm ki, doğrudan da münasibətlər yetərincə deyil. İndiyə qədər Ermənistana verilən yardımların qarşısının kəsilməməsi, silah-sursatın daşınması və.s. Təsəvvür edin ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Cənubi Azərbaycan bu məsələlərdə vahid davransaydı, Gürcüstan tərəfi öz hava sərhədini, məkanını Rusiyaya verməmişdi, 900 ton silah-sursat Ermənistana verilməyəcəkdi. Amma çox yanlış davrandılar. Hesab edirəm ki, bu yanlışı düzəltməyə zaman var. Güney Azərbaycanda ayaqlanma müşahidə olunur. Biz bütün xətlərimizdən istifadə edərək, Qazaxıstana da, Türkmənistana da təsir etməyə çalışmalıyıq. Burada siyasi partiyalar, QHT-lər də fəal olmalıdır. Avropa ölkələrində diasporamız yüksək səviyyədə çalışmalıdır. İndi ön cəbhədəki savaşa ciddi dəstək verməyin zamanıdır. Ona görə də, həm diasporamız, həm də adını çəkdiyimiz dövlətlər ayaqlanmalıdır. Çünki bu problemlər olaraq tək Quzey Azərbaycanın problemi deyil. Artıq zəncirin elə bir həlqəsidir ki, buradakı məğlubiyyət zaman-zaman domino effekti ilə hamıya təsir edə bilər. Türk dünyasına basqının qarşısında hələ ki, Türkiyə və Azərbaycan dayanıb. Hesab edirəm ki, birlikdə dayansaq, yer yerindən oynayar, dünya qarşımızda dayana bilməz. Sizin də imkanlar istifadə edib çağırış edirəm ki, bu məsələdə hamı bir yerdə olsun”.
Milli QHT Forumu İdarə heyətinin üzvü, türkoloq Əkbər Qoşalının da mövqeyi bu məsələdə kifayət qədər sərtdir: “Sentyabrın 27-dən başlayaraq yalnız Ermənistan-Azərbaycan cəbhəsində deyil, yaxın-uzaq coğrafiyalarda da hərəkətlənmələr müşahidə olunur. Hazırda ön cəbhədə baş verənlər kimin haqqın, kimin haqsızın yanında olmasını göstərən amilə çevrilməkdədir. Açığı, belə bir tarixi seçim qarşısında neytrallığın özü də yüksək vicdani seçim sayılmasa belə, hesab edirəm ki, yenə də tərəf seçənlər ən azından haqsızın yanında olmamaq seçimi edə bilərlər. Özəlliklə söhbət Azərbaycanla sıx mədəni, ticari, sosial-iqtisadi əlaqələrə malik olan ölkələrin, hələ-hələ qonşuların, dost və qardaşların davranışından gedirsə, daha konkret münasibət ummaq, tələb etmək haqqımız doğur. Bu planda, dünya azərbaycanlılarının ucalan haqq səsi, onların vətəndaşı olduğu ölkələrdəki hərəkətlənmələr də özünə diqqət tələb edir. Əlbəttə, ilk növbədə İran göz önünə gəlir. Nə üçün İran? Birincisi, dünya azərbaycanlılarının ən böyük hissəsi orada öz dəbə-baba torpaqlarında yaşayırlar. İkincisi, iki dövlətin uzun sərhədi var. Üçüncüsü, məscidləri dağıdan, yaxud ora donuz dolduran Ermənistanın işğalı altındakı torpaqlarımızın bir hissəsi bu ölkə ilə sərhədboyu yerləşir. Dördüncüsü, İran Konstitusiya təsbiti ilə adı üstündə İslam Respublikasıdır və s. Və biz, mövcud durumda, bir İslam Respublikası necə davranmalıdır sualının cavabını parlaq Pakistan örnəyində yaxşı bilirik. Ona görə də, Rusiyadan Ermənistana hərbi yüklərin, silah-sursatın daşınmasına konkret mövqe bildirməli olan İran hakimiynyətinin, hansısa əldəqayırma, başqatan, malalayan izahı bizi təmin edə bilməz. Bunu təminatnsızlıq səbəbindəndir ki, qeyrətli soydaşlarımız Güneydə, eləcə də, Tehranın özündə ayağa qalxır, dövlətin göstərmədiyi ədaləti özləri nümayiş etdirir. Dünyanın harasında olmasından asılı olmayaraq, haqq-ədalət carçılarını qazamatlara doldurmaq, sorğu-suala çəkmək yox, onların səsinə qulaq vermək lazımdır. Bunun üçün yalnız qulaq seyvanı gərəkmir, məhz vicdan duyumu gərəkir. Əgər söhbət məscidləri dağıdan, dağıtmadığı məscidlərə də donuz dolnduran işğalçıdan, qeyri-İslam ümmətli və dözümsüz ölkə qarşısında, əhalisinin tam əksəriyyəti müsəlman olan, müsəlmanlarla digər din mənsublarının yüzillər boyu qardaşca yaşaya bildiyi və işğala məruz qalan Azərbaycan arasında seçimdən gedirsə, öz üzərinə İslam həmrəyliyi, müqəddəs ”Quran" əsaslı idarəçilik götürmüş dövlət hansı tərəfdə durmalıdır? Güneyli soydaşlarımız, məncə, ilk növbədə, bu ritorik sualın cavabını axtarmaq haqqına sahibdir. İran mənfi presendentlər yaratmaqdan, öz İslam Respublikası imicini ağır suallar qarşısında qoymaqan çəkinnməlidir. Onsuz da biz qalib gələcəyik. Ancaq sabah, birisi gün bizə qardaşlıqdan, dindaşlıqdan, mehriban qonşuluqdan dəm vurmağın səmimiyyəti “boş çoxluq” olacaq. Haqq incələr, amma üzülməz. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik. Dövlətimiz zaval görməsin. Amin".
“Yeni Müsavat”
Tarix: 3-10-2020, 08:52
-
Bu gün, 22:05
Qalmaqalla işdən çıxan Sumqayıtın baş memarının yerinə bu şəxs təyin edildi
-
Bu gün, 16:09
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
-
Bu gün, 13:22
İsmayıllının İcra baçısı niyə veteranların problemləri ilə maraqlanmır? - NARAZILIQ
-
Bu gün, 13:21
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
-
Bu gün, 13:20
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
-
Bu gün, 13:01
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
-
Bu gün, 12:51
Orban məğlub oldu, o isə qalib gəldi: Kremlin dostu Aİ-nin yeni baş ağrısı olacaq?
-
Bu gün, 09:10
“5 ilin əməyi hara getdi?” – Şikayətçi Adnan Əhmədzadəni 10 min manatı mənimsəməkdə ittiham etdi-VİDEO
-
Bu gün, 08:35
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
-
Bu gün, 08:34
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
-
Dünən, 23:18
TƏCİLİ! Tramp ELAN ETDİ: Hücumlar BAŞLAYIR
-
Dünən, 22:58
Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır
-
Dünən, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Dünən, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Dünən, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Dünən, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Dünən, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Dünən, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Dünən, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Dünən, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Dünən, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Dünən, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Dünən, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Dünən, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Dünən, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Dünən, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Dünən, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Dünən, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
18-04-2026, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
18-04-2026, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!