Sonun başlanğıcı: Ermənistan borc bataqlığında - Müharibə aparmağa da gücləri yoxdur...

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışı zamanı bildirib ki, Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir: "Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur".
Maraqlıdır ki, Ermənistanın xarici borcu nə qədərdir?
Cebhe.info xəbər verir ki, Ermənistanın Maliyyə Nazirliyinin cari ilin birinci yarısının nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7 milyard 721 milyon ABŞ dollarına çatıb. Nəzərə alaq ki, işğalçı ölkənin cari il üçün dövlət büdcəsinin gəlirləri 1,7 trilyon dramdır (3,5 milyard dollar). Bu isə o deməkdir ki, xarici borc dövlət büdcəsindən 2 dəfədən çoxdur.
Dövlət borcunun da 5 milyard 984 milyon dollarlıq hissəsi xarici borcun payına düşür. Dünyanın nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi (PDMN) isə bu ilin iyul ayının sonunda Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə material paylaşıb.
PDMN-in yaydığı materialda qeyd olunub ki, Ermənistanım ümumi dövlət borcunun 80 faizi xarici valyutadadır və hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb. Bu isə ölkənin ÜDM-in 42 faizi civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır.
Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırıb. PDMN-in rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir ki, maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provokasiyalara getməsi sonun başlanğıcıdır.
Ümumiyyətlə, hər cəhətdən Azərbaycandan geri qalan işğalçı Ermənistan iqtisadiyyatı hər il tənəzzülə doğru gedir. Belə ki, 2019-cu ildə Ermənistanın İqtisadi İnkişaf Təşəbbüsləri Mərkəzi hökumətin xarici borcunun 2018-ci illə müqayisədə təqribən 338.7 milyon ABŞ dolları artaraq təxminən 5.43 milyard ABŞ dolları təşkil etdiyini açıqlayıb. Kommersiya bankları tərəfindən qeyri-rezidentlərdən cəlb olunmuş kreditlər isə üzrə xarici borc ötən illə müqayisədə 618.8 milyon ABŞ dolları artaraq 3.13 milyard ABŞ dolları təşkil edib. Beləliklə, görünən budur ko, 2019-cu ildə Ermənistanın ümumi dövlət borcu 6 faiz artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5 faiz, xarici borc isə 4,6 faiz artım göstərib.
Ermənistanda küçədən hakimiyyətə Nikol Paşinyan xalqının problemlərini həll etmək gücündə olan bir şəxs deyil. Tam əksi, son 2 il ərzində onsuz da geridə olan erməni iqtisadiyyatı bir az daha geriləyib.
Məşhur iqtisadçılar da bildirir ki, bu iqtisadi gerilik Ermənistanı defolt böhrana sürükləyir. Çünki ölkənin ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti xarici borcları da ödəmək gücündə deyil. Erməni analitiklərin özləri də ölkə iqtisadiyyatının zəifliyindən gileylənirlər.
Məsələn, analitik Ayk Qevorkiyan bildirir ki, Ermənistan borc ilə yaşayan dövlətlər siyahısına daxil olub ki, bu da onun müstəqil siyasət aparmasına imkan vermir. Hökumət Avropa banklarından borc alaraq Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəyir, Dünya Bankından borc alaraq Avropa banklarına olan borcunu ödəyir. Hazırda Ermənistan hökuməti xarici borclarını borc alaraq ödəyir və bu hal iqtisadiyyatın daha da pis vəziyyətə düşəcəyindən xəbər verir.
Tarix: 30-09-2020, 14:05
-
Dünən, 22:06
İki böyük Xidmət Zaur Mikayılovdan alınır - ADSEA-da sistemli dəyişiklik...
-
Dünən, 19:02
Yarım milyon manatlıq dələduzluq - Eyni torpaq xeyli adama satılıb
-
Dünən, 19:00
“Xalq Sığorta” şikayətlər üzrə yenə liderdir
-
Dünən, 18:19
Bakı Gəmiqayırma Zavodunda ixtisarlar, azalan maaş, haqsızlıqda boğulan işçilər - FAKTLAR
-
Dünən, 18:14
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
-
Dünən, 17:50
Dövlət Turizm Agentliyinin səriştəsizliyi Azərbaycan turizmini məhv edir!
-
Dünən, 17:48
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
-
Dünən, 17:39
Yəməndə husilərin məğlub edilməsi çox vacibdir - POLİTOLOQ
-
Dünən, 15:37
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır - İnanılmaz siyahı
-
Dünən, 15:35
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Dünən, 15:34
GƏNCƏDƏ ABBAS SƏHHƏT ADINA XƏSTƏXANADA NƏ BAŞ VERİR? – – XƏSTƏLƏRİN ŞİKAYƏTLƏRİ CİDDİ SUALLAR YARADIR
-
Dünən, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Dünən, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Dünən, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Dünən, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Dünən, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Dünən, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
8-09-2026, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
8-09-2026, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
8-09-2026, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
8-09-2026, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
8-09-2026, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
8-09-2026, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
8-09-2026, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
8-09-2026, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
8-09-2026, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
8-09-2026, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
8-09-2026, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
8-09-2026, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO