Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. İclasda Rusiya Prezidenti Vladimir Putin də çıxış edib və onun bu çıxışı əsl həqiqətdə Rusiyanın itirməkdə olduğu mövqeyini qorumaq daha doğrusu, artıq formalaşmış yeni dünya düzəninə qarşı BMT Təhlükəsizlik Şurasının daimi beş üzvünü öz maraqları naminə həmrəyliyə çağırış idi.
Bunu, hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb.
Hüquqşünas qeyd edib:
“Əvvəla qeyd deyim ki, Putin çıxışında BMT-nin Beynəlxalq siyasi arenada əsas təşkilat kimi qalmalı olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının üzvlərinin artırılmasına qarşı mövqedən çıxış etmişdir. Rusiya Prezidenti əsas vurğuladığı hal isə, rəsmən tanınmış və qəbul edilmiş nüvə silahına malik BMT TŞ-nın beş daimi üzvlərinin veto hüququnun saxlanmasının vacibliyi qeyd etməsi və bu normanın dünya hərbi-siyasi balansın balansı kimi qiymətləndirməsi idi.
Ancaq Azərbaycan dövləti, Türkiyə, Pakistan və bir sıra digər dövlətlər Putindən fərqli olaraq BMT-də struktur islahatların vacibliyini dəfələrlə müxtəlif tribunalardan səsləndirmişlər. Təbii ki, 200-dən çox dünya dövlətlərinin taleyi rəsmən nüvə silahına malik BMT TŞ-nın beş daimi üzvlərinin əlində və marağında ola bilməz.
Mövzu ilə bağlı hələ 2017-ci ildən başlayaraq məqalələrlə çıxış edərək, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin “VETO” hüququ ilə “lobbi” fəaliyyəti göstərdiyini və BMT TŞ-da struktur dəyişiliklərin vacibliyini qeyd etmişəm.(http://azsiam.info/siyaset/45014-bmt-thluksizlik-uras-uzvlri-veto-huququ-il-lobbi-faliyyti-gostrir.html)
Artıq heç kimə gizli deyil ki, nüvə silahına malik dövlətlərin sayı beşdən çoxdur və eləcədə Türkiyə, Pakistan kimi qlobal hərbi-siyasi güc və nüfuza malik beynəlxalq oyunçular var. BMT-də islahatlar keçirilməsi zamanın və artıq formalaşmış müasir siyasi düzənin tələbi və gerçəkliyidir.
Danılmaz faktdır ki, BMT Beynəlxalq siyasi təşkilatdan humanitar amorf edib və faktiki olaraq dişsiz siyasi nüfuzsuz bir qurumdur. Bu qurum özünün qəbul etdiyi qətnamələri icra edə biləcək və ya icra etdirə bilən bir təşkilatdır. Maraqlı sı isə odur ki, “nədənsə” BMT TŞ-nın qəbul etdiyi müsaılman dövlətlərinin lehinə olan Qətnamələr (Pakistanın xeyrinə Kəşmirə dair, Azərbaycanın xeyrinə dörd Qarabağa dair və sair Qətnamələr icra edilmir).
Təbii ki, BMT-nin siyasi təşkilat kimi fəaliyyətindən əksər dünya dövlətləri narazıdır və bu narazılıqlar özünə güvənən dövlətlər və dövlət başçıları tərəfindən səsləndirilir, BMT-də struktur islahatların aparılmasının vacibliyi deyilir.
Bildiyimiz kimi, Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. Cənab Prezidentin çıxışı isə daha maraqlı və diqqəti çəkən olub. Belə ki, Prezident İlham Əliyev: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.” -deyib.
Rusiya Prezidenti Putin isə tam əksinə, 2-ci dünya müharibəsindən sonra qurulmuş dünya düzənini qorumaq istəyi ilə BMT-də struktur islahatların əleyhinədir. Rusiya özünü SSRİ-nin varisi kimi o vaxtı SSRİ-nin nüfuz dairəsinə daxil olan əraziləri və dövlətləri öz arxa bağçası kimi görmək istəyindən vaz keçməyib.
Bizim öhdəmizə düşən isə odur ki, güclü hərbi-siyasi gücə malik qüdrətli dövlətimiz qurmalıyıq, Rusiya timsalında bir sıra dövlətləri və o cümlədən dünya dövlətlərini fakt qarşısında qoyub, reallığı qəbul etdirməliyik.
Tanrı Azərbaycanımızı qorusun!”
Tarix: 23-09-2020, 19:45