DƏNİZDƏN DƏNİZƏ XÜLYASI ERMƏNİLƏRİN BEYNİNƏ HARDAN GƏLİB?

 


İlhami Cəfərsoy

AMEA Dilçilik İnstitutu Qədim Dillər və Mədəniyyətlər

şöbəsinin müdiri, filologiya elmlər doktoru

Ermənilərin xülyasına görə iki dəniz arası onların tarixi vətəni olmuşdur. Eçmiadzin keşişləri I Dünya müharibəsinin sonlarına qədər iki dəniz arası deyəndə Qara dənizlə Aralıq dənizi arasını nəzərdə tuturdular. Çünki Antanta bloku dövlətləri onları Osmanlı torpaqlarında özlərinə dövlət qurmağa şirnikləndirirdi.

Ancaq nəticə daşnakların istədiyi kimi olmadı. Türkiyə azadlıq savaşından qalibiyyətlə çıxdı. Ruslar məcbur olub, erməni dövlətini Cənubi Qafqazda Azərbaycan ərazisində yaratdılar.

Ermənilər yeni siyasi şəraitə uyğun olaraq xülyalarında bir qədər redaktələr etməli oldular. Əvvəl özlərini, sonra dünyanı inandırmağa çalışdılar ki, qədim h`ayların mifik təxəyyülündəki iki dəniz arası Qara dənizlə Xəzər dənizinin arasıdır.

H`ayların düşüncəsində dənizdən dənizə xülyası doğrudan da var idi. Ancaq arxaik h`aylar indiki ermənilər deyildilər. İltisaqi dilli, Türküstan mənşəli etnoslardan bir neçə toplumu idilər. Onlar özlərinə qohum olan Aran və İver alpları ilə birləşərək e.ö. 28-ci əsrdə Ön Asiyanın torpaqlarını tutmağa başladılar. Köhnə nəsil yevrey mətnşünasları hələ XIX əsrin sonlarında sübuta yetirmişlər ki, Aran alplarının müttəfiqi olan h`aylar və iverlər nə ari etnosu idilər, nə sami. Çinar kimi uca, palıd ağacı kimi möhkəm olan o adamların dili türk və fin dillərinə bənzəyirdi.

Akademik Mapp yazır ki, qədim Çin salnamələrində Türküstanın köçəri etnoslarının dənizdən dənizə qədər çapan və qan tərləyən Ber atlarından bəhs edilir. Həmin atlar iverlərin və digər Yafəs xalqlarının atlarıdır.

Aran, İver və H`ay nəsilləri özlərinin ən qüdrətli çağlarında Nil vadisini tutdular. Misirdən qovulandan sonra Aralıq dənizinin şərq sahillərinə və Dəclə-Fərat çaylarının arasına çəkildilər. E.ö. 18-ci əsrdə orada Babil hökmdarı Bel ilə ölüm-dirim savaşına girdilər. Müqəddəs Quranımızda Nimrud adlandırılan Belin qılıncından xilas olanlar şimala çəkildilər.

Aran alpları öz tarixi vətənlərində - Araz çayı ilə Urmiya gölü arasında, h`aylar Van gölü vadisində, iverlər Kür boyunda yurd saldılar. Çox sonralar--eranın V-XI əsrlərində bu torpaqlarda h`aylar erməniləşdilər, iverlər gürcüləşdilər. Aran nəsilləri özlərinə qohum olan Azər övladları ilə qaynayıb qovuşaraq Azərbaycan xalqının mənşəyinə daxil oldular.

Cəmi üç məqamı nəzərə almasaq, heç bir qədim mənbədə h`aylar hay adlandırılmır, Ay adlandırılır. Çünki onlar aya sitayiş edirdilər və özlərinə Ayli deyirdilər. Ay nəslinin patriarxlarından biri e.ö. XIV əsrdə Misirdə firon olmuşdur.

Bu həmin Aydır ki, Nefertitini alıb, əri Exnatonu müəmmalı şəkildə öldürmüşdür. Firon Ayın piramidası Nil vadisindən tapılmışdır. Onun dəbilqəsinə heroqliflə Ay yazılıb.



H`Ayların erməniləşməsi 387-ci ildə başlayır, bəzi vilayətlərdə VII əsrin sonlarına, bəzilərində XII əsrin əvvəllərinə qədər davam edir. Bu fikirlər mənə məxsus deyil, akademik Marra məxsusdur.

Rəhmətlik Marr hələ 1903-cü ildə nəşr olunan erməni dilinin mənşəyinə aid kitabında yazır ki, V-VII əsrlərdə h`ayların assimilyasiyası nəticəsində Ermənistanda əvvəlkinə bənzəməyən bir xalq, əvvəlkinə bənzəməyən bir dil yarandı.

Tarixdə bu, nadir hadisə deyil ki, bir xalqın ölkəsində başqa bir millət meydana gəlmişdir. Dunay bulqarları XI əsrə qədər türk idilər. Onlar VII əsrdən X əsrə qədər Bizans ilə döyüşlərdə zəiflədilər. Şimaldan gələn slavyanlar onların torpaqlarında məskunlaşıb çoxaldılar. Nəticədə Bulqar türk dövlətinin yerində Bolqar slavyan dövləti yarandı.

Akademik Marr yazır ki, qrabar və ya qədim erməni dili adlanan H`Ay dili sonrakı ermənilərin dili deyildir. Qrabar öz qrammatik quruluşuna görə aqqlyutinativ, aşxarabar flektivdir.

Qrabar hakim elitar nəsillərin, hərbi feodalların və xristianlığa qədərki kahinlərin dilidir. H`Ay dilinin şifahi forması, xüsusilə bəzi ləhcələrdə ozan adlanan qusanların və varsakların dili türk dillərinə daha yaxın idi. Qusan da, varsak da türk sözləridir. Eyni zamanda, ermənilərin indi N`Varsak adlandırdıqları Varsak şöhrətli türk nəsillərindən biri olmuşdur.

Xristianlığa qədərki qusan və varsak mahnılarının əlyazmalarında yüzlərlə türk sözü qalmışdır. Erməni dilinin dialektlərində onların çoxu olduğu kimi qalmış, ədəbi dildə sonralar xeyli dəyişdirilmişdir.

Tarix: 11-06-2020, 10:31
Xəbəri paylaş



Xəbər lenti